Malayziya mediası Azərbaycan Prezidentinin Çin səfərindən yazır

Malayziyanın aparıcı media qurumlarından biri olan “Astro Awani”də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vüsal Quliyevin “Azərbaycan-Çin münasibətlərində yeni dövrün başlanğıcı” adlı məqaləsi yayımlanıb. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalandığı diqqətə çatdırılıb, ikitərəfli münasibətlərin, strateji əməkdaşlığın yüksək səviyyəsi bildirilib.
Müəllif bu tərəfdaşlığın Azərbaycanın Avrasiya məkanında artan geosiyasi rolunu və Çinin regiona olan strateji marağını aydın şəkildə əks etdirdiyini düşünür. Nəşr yazır ki, xüsusilə beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması Orta Dəhliz üzrə yükdaşımaların sürətləndirilməsinə, logistika əməliyyatlarının təkmilləşdirilməsinə və Avrasiya ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.
Mətləb