Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

Səudiyyə Ərəbistanının nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri barədə məqalə dərc edilib. “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur” sərlövhəli məqalədə Çin lideri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, bu görüşdə səsləndirdiyi bəyanatları və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat və digər əməkdaşlıq sənədləri barədə yazılır.
Yazıda tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu, çoxtərəfli ticarət sisteminə zərər vurduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir.
Mətləb