Əli Əsədov diplomatlarla bağlı qərar imzalayıb

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların işçilərinə təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib.
Mətləb Salahov