Cənubi Qafqazı bəlaya salan Rusiyanın nümayəndəsi də “erməni soyqırımı”ndan danışdı

Yalanlarla idarə edilən bir sıra dünya ölkələri saxta “erməni soyqırımı”nı tanımaq və “soyqırım” “qurban”ları üçün göz yaşı tökmək üçün sanki növbəyə durublar. Rusiyaya gəldikdə isə adam az qalır dəsmal götürüb ağlasın. Belə ki, həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görün nə deyir:- "Tarixi sübutlara görə, 1915-ci ildə II Nikolayın əmri ilə Rusiya-Türkiyə sərhədini açan Rusiya İmperator Ordusunun Qafqaz Ordusu nə az, nə çox, 350 min ermənini xilas etdi". Maraqlıdır görəsən tarixi sübutlar deyəndə Zaxarova hansı tarixi mənbəni nəzərdə tutur? Və ya ümumiyətlə onun əlində bunu demək üçün kiçicik də olsa əsas varmı. Zaxarova iddia edir ki, çar II Nikolayın Rusiya-Türkiyə sərhədlərini açması nəticəsində 350 min erməni xilas edilib. Yoxsa onları da qıracaqmışlar. Ancaq bu sahədə geniş araşdırma aparan ABŞ-dan olan tarixçi professor Castin Makkarti bunun əksini deyir. Tarixci bir məqamı xüsusi qeyd edir ki, bütün bu baş verən dəhşətli hadisələrdə günahı olan kimsə varsa,onlar ermənilərə hər şeyi vəd edən və heç vaxt da heç nə verməyən ruslardır.
Surxay Əliyev