Çalabyan: “Soyqırım”ı tanımadan Türkiyə ilə real barışıq mümkün deyil”

Bunu Ayakve təşəbbüs qrupunun həmtəsisçisi Avetik Çalabyan bu gün, jurnalistlərlə söhbətində bildirib. Çalabyan iddia edib ki, Türkiyə Soyqırımı tanımırsa bu o deməkdir ki, Türkiyə erməniləri soyqırım obyekti kimi görməkdə davam edir. “İndi onlar, sadəcə olaraq, bizimlə pərdə arxası münasibət saxlamağa çalışırlar ki, soyqırımın növbəti mərhələsini həyata keçirə bilsinlər. Biz “Artsaxda” bu soyqırımın növbəti mərhələsinin ilk işartısını gördük”- deyə Çalabyan qeyd edib.
Surxay Əliyev