İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

Ermənilər yenə küçələrə tökülüb. Bir sözlə bu xəstə millət durub dayanmaq bilmir. Dəyişən bir şey yoxdur. Yenə də məşəl yürüşü,yenə də Azərbaycan və Türkiyə bayraqlarının yandırılması və qan-qan deyən bütün ermənilərin katolikosu II Qareginin təxribatcı çıxışı...Yaranişdan qayəsi terror olan daşnaksütun partiyasının gəncləri isə yenə ön sıradadır.
Məşəl yürüşündə Türkiyəyə hərbə-zorba gəlmək də unudulmadı:- Daşnak Jora Avdalyan:-“Biz burdan Türkiyə gənclərinə səslənirik,əmin olun ki, erməni gəncləri arasında yenə də Soqomon Teyleryan və Arşavir Şirakyanlar olacaq.{Hər ikisi tanınmış terrorçudur} Biz erməni gənclərinə də səslənirik. Vur, daha çox vur, vur ki, düşmən sənin nəfəsini hiss etsin, vur ki, düşməni sevindirən əllər titrəsin”
Və yenə də 110 il əvvəl olmayan saxta erməni soyqırımı və milyon yarım erməninin guya soyqırıma məruz qalması haqda səslənən iddialar.Maraqlısı isə odur ki,qondarma soyqırımda olduğu kimi rəqəmlər tez-tez dəyişir.Belə ki, ermənilər Qarabağı tərk edənlərin sayını da dayanmadan artırılır.Öncə onlar guya yüz min idi,sonra yüz iyirmi min oldu,bu günkü tədbirdə isə artıq onların sayı yüz əlli minə çatdırıldı.Eynən saxta erməni soyqırımında olduğu kimi. Öncə 300 mindən başlayıb günümüzdə milyon yarıma çatdırıldığı kimi.Məşəl yürüşündə çıxış edən daşnak Jora Avdalyan Türkiyəyə səsləndi:- “Biz burdan Türkiyə hakimiyyətinə açıq mesaj veririk: “Bizim mübarizəmiz sönməyəcək”.Daşnak qırıntısı çıxışını bu sözlərlə bitirdi:- “Gələcəyə çatmağımızın bir yolu var: mübarizə,mübarizə,mübarizə...Döyüş, döyüş”.
Maraqlıdır ki,erməni rəsmiləri isə keçirdikləri bütün yüksək səviyyəli görüşlərdə günü bu gün Azərbaycanla sazişi bağlamağa hazır olduqlarını bəyan edirlər
Surxay Əliyev