Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin bugünkü iclasında açıq-aşkar bildirib ki, Ermənistanda qadınlara qarşı zorakılıq və xüsusən də məişət zorakılığı var”.Mirzoyan deyib ki,bizim cəmiyyətdə elə mövzular var ki, orada süfrə arxasında gözəl sözlər söyləmək, tost qaldırmaq adətdir, amma real həyatda qadınlara qarşı tamamilə əks davranış nümayiş etdirilir”, - deyə nazir qeyd edib.Və əlavə edib ki, məişət zorakılığına qarşı amansız şəkildə mübarizə aparmaq lazımdır.
Maraqlı isə odur ki,Azərbaycanda baş verən ən kişik nöqsanları belə az qala mikroskop altında böyüdüb aləmə car çəkən Avropa Şurası və başqa qurumlar nədənsə indiyədək bu haqda bir cümlə belə sərf etməmişlər.Belə çıxır ki,Avropa qurumları erməniləri,onların özündən də çox istəyir.Sadəcə olaraq Azərbaycanın və Türkiyənin açığına...
Surxay Əliyev