Bakıda mühakimə olunan Babayan Xocalı genosidi barədə həyasız yalan yaydı...

Qarabağdakı qondarma separatcı qurumun keçmiş xarici işlər naziri David Babayanın ailəsi vasitəsilə Bakı həbsxanasından 168.am saytına göndərdiyi audio mesajda deyilir: “Əziz dostlar, hamınıza müraciət edib demək istəyirəm ki,narahat olmayın, biz yaxşıyıq. İndi yerli mətbuatda 1992-ci ildə İvanyan hadisələri ilə bağlı dediklərimin tam əksi olan məlumatlar yayıldı. Onlar bunu öz tərzləri ilə şərh etdilər, mən isə bunun tam əksini dedim. Dedim ki, Azərbaycan tərəfi bu hadisələrə görə məsuliyyət daşıyır və bu, daxili hakimiyyət mübarizəsinin nəticəsidir.
Təbii ki,ermənilərə özünü qəhraman kimi qələmə verən Babayan çox söz deyə bilər.Ancaq Bababayanın özü də yaxşı bilir ki,o da,onun yanındakılar da xirtdəyəcən günahın içindədir.Əks təqdirdə heç bir halda Azərbaycan onları həbsə atıb mühakimə etməzdi.Bilə-bilə ki,ermənilərin əli hər yana çatdığı kimi,vay-şivən qoparmaqda da onlara çatan olmaz.
Maraqlı olan isə odur ki,hansı xəbər saytını açırsan,ermənilər şivən salır ki,Bakıda həbsdə olan ermənilər ağır işgəncələrə məruz qalırlar.Adam özü deyir ki,hər şey yaxşıdır,bizdən narahat olmayın.Gör iş nə yerə çatıbsa Babayan hətta Ermənistana auidio yazı belə göndərə bilir.Sanki adam həsxanada yox istirahət məkanındadır
Surxay Əliyev