ABŞ - da azərbaycanlılar ermənilərə qarşı 500 milyon dollarıq iddia qaldırdı....

Ötən həftə Amerika Erməni Milli Komitəsi (ANCA) açıqlayıb ki, aprelin 14-də ABŞ dairə məhkəməsi Laquna Biç, Kaliforniyada yaşayan azərbaycanlı vəkil Aynur Bağırzadə və digər 29 nəfərin ANCA-ya qarşı qaldırdığı 500 milyon dollarlıq iddiasını rədd edib. Bu məlumatı Ermənistanın News.am nəşri “The California Courier”nəşrinə istinad edərək tirajlayıb. Nəşr qeyd edir ki,Bağırzadə 198 səhifəlik guya “əsassız iddialar irəli sürüb”. Daha sonra o, Twitter-də qərardan şikayət etmək niyyətində olduğunu qeyd edib. ANCA qeyd edib ki, Bağırzadə aylardır ki,guya “təxribat”la məşğul olub. O, hesab edir ki, Ermənistan “Cənubi Qafqazdan çıxarılmalıdır”və Bağırzadə Ermənistanı “xərçəngli şiş” kimi xarakterizə edib. Bununla da kifayətlənməyən Bağırzadə ermənilərin “1915-ci il hadisələri ilə bağlı timsah göz yaşları” tökdüyünü deyərək, Erməni Soyqırımını ələ salıb.
Təbii ki, erməni nəşri ABŞ dairə məhkəməsinin ədalətsiz qərarı haqda informasıyanı özlərinə sərf edəcək şəkildə tirajlayıb.O ki,qaldı Bağırzadənin Ermənistanı “xərçəngli şiş” kimi Cənubi Qafqazdan çıxarılmasına,Bağirzadənin fikirləri həqiqəti əks etdirsə də, ünvan bir qədər səhv salınıb. Yaxşı olardı ki, Ağazadə bu barədə Rusiyaya müraciət edəydi,çünki məhz onlar iki yüz il öncə Cənubi Qafqazı bu virusla yoluxdurublar. Bağirzadənin “Erməni Soyqırımını” ələ salmasına gəldikdə isə bu barədə ermənilər özləri daha çox günahkardır.Belə ki,məhz onlar olmayan soyqırım söhbətini 110 ildir ki,saqqız kimi çeynəyə-çeynəyə çürüdüblər. Və saxta soyqırımdan danışanda ermənilər bir qədər ehtiyatlı olsalar yaxşıdır. Çünki məhz ABŞ-ın bilim adamları bu məsələni araşdırdıqda məlum olmuşdu ki,əksinə 1915- ci ildə Türklər ermənilərə qarşı yox,ermənilər türklərə qarşı toplum halında qətliamlar törədiblər
Surxay Əliyev