Trampın Çini təkləmək siyasəti apardığı indiki şəraitdə bu doğru və cəsarətli fikri hamı deyə bilməz...

"Prezident İlham Əliyevin Çinin "Sinxua" agentliyinə müsahibəsində bir fikir diqqətləri xüsusilə cəkmək gücündədir. Prezident dedi ki, Çin ən çox dinamik sürətlə inkişaf edən ölkədir və onun inkişafı təkcə Çin xalqının yox, bütün dünyanın mənafeyinə uyğundur....."
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Çox cəsarətli , həm də dəqiq fikirdi. Xüsusilə də onu deyək ki, ABŞ- ın hamını Çindən ayıraraq onu təkləmək siyasəti apardığı hazırkı şəraitdə Çinin inkişafının dünya üçün böyük önəmini heç də hamı görmür və ya görmək istəmir. Bunu görmək və etiraf etmək reallığa obyektiv yanaşmanın əlamətidir....Kimin xoşuna gəlib gəlməməyindın asılı olmayaraq....
Azərbaycan həqiqətən də qlobal Cənubun müstəqil iqtisadi gücə çevrilməsində maraqlı olduğu üçün bütün reallıqlara obyektiv yanaşa bilir. Azərbaycanın bu məsələdə təkcə maraqlı olduğunu deməklə iş bitmir. Həm də Azərbaycanın bu prosesi irəlilətmək üçün təsirli imkanları və potensialları var. Azərbaycan 44 günlük Vətən müharibəsini də tək özünün ərazi bütövlüyü marağına görə aparmadı. Həm də ona görə ki, bu müharibədən sonrakı yeni reallıqlar qlobal Cənubun, Çinin və digərlərinin Avropa ilə daha sıx və intensiv əməkdaşlığının irəlilədilməsinə yeni imkanlar açdı. Bu, məhz Azərbaycanın səyləri ilə formalaşmış Orta Dəhlizin
Çinin "Kəmər- yol" layihəsinin tərkib hissəsi olmaqla yanaşı, həm də məhz qlobal Cənubun müstəqil iqtisadi gücə çevrilməsinin və Avropa ilə birləşməsinin ən qısa marşrutudur....
Zəngəzur dəhlizi də açılandan sonra qlobal Cənubla qlobal Şimalın, yəni Asiya ilə Avropanın zəruri iqtisadi - logistika inteqrasiyası üçün necə geniş imkanların açıldığını bir daha görmək mümkün olacaq..."
Mətləb