Marqarita Simonyan da “Erməni soyqırımı” nağılından danışdı

24 aprel tarixi yaxınlaşdıqca ermənilər heç bir tarixi fakta söykənməyən qondarma “erməni soyqırımı”na aid yeni-yeni nağıllar uydururlar. Öz yalanlarına həqiqət donu geyindirmək üçün isə hər yola əl atırlar.Çox vaxt da özlərinin etdikləri vəhşilikərə bir az da bəzək-düzək verib türklərin adına çıxaraq soyqırım nağıllarına bir qədər də rəngarənglik qatırlar.Maraqlıdır ki,ermənilər 110 illik soyqırım yalanlarını ilbəil həm kəmiyyət,həm də keyfiyyət baxımından inkişaf etdirirlər.Hələlik qondarma soyqırımda həlak olanların sayı 1,5 milyon göstərilir. Ancaq bir neçə ildən sonra işdir bu rəqəm 2 milyona çatsa heç kəs təəccüblənməsin.O da maraqlıdır ki,ermənilərin öydükləri hansı “qəhraman”ı araşdırsan mütləq ortaya peşəkar terrorçu çıxacaq .Ermənilər özləri də heç bunu danmırlar.Təsadüfi deyil ki,bu günlərdə feysbukun Monte Melkonyan haqda qadağanı götürməsini az qala toy-bayram kimi qeyd edirlət. İş o yerə çatıb ki,soyqırım tamaşasını daha maraqlı etmək üçün kremlin təbliğatcısı Marqarita Simonyan da qollarını çırmalayıb.Belə Rossiya 1 televiziyasına verdiyi zatulinsayağı müsahibəsində Marqarita Simonyan da “erməni soyqırımı”nın dəhşətlərini “təsvir” etməyə girişib. Simonyanın işlətdiyi ifadələrə fikir verilsə ünvanın qəsdən səhv salındığı isə dərhal aydın olar. Belə ki,Marqarita Simonyan deyir ki, “Mənim nənəm erməni soyqırımından sağ çıxıb: “Sadəcə öz dinindən dönmədikləri üçün valideynlərinin boğazı onun gözləri qarşısında kəsilib”.Sonda da Simonyan qürrələnib ki, ona dua sevgisini aşılayan və həyatın çətinliklərinə baxmayaraq imanını qoruyub saxlamağı öyrədən nənəsi olub.Bax burda deyiblər ki, yalansa sənin olmayan imanıva tula bağlayım.
Surxay Əliyev