Çərşənbə axşamı günü, 6 may 2025
     

Vüqar Rəhimzadə: Azərbaycan və Çin müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlardır

Image

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycanın bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də onların fonunda müəyyənləşdirilən yeni çağırışlarla yadda qalır. Bu reallıq daim xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin yeni reallıqlar yaratması ilə müşayiət olunur ki, bu da öz növbəsində regionda və dünya siyasətində dəyişiklikləri şərtləndirir. Şanlı Qələbəmizdən ötən beş ilə yaxın dövr ərzində əməkdaşlıq məkanı kimi nüfuz qazanan Azərbaycanın müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı bunu bir daha sübut edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, reallığa çevirdiyi qlobal enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları daha sıx birləşdirərək körpü roluna yeni əlavələr edir. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Bu fikir beynəlxalq səviyyədə xüsusi qeyd olunur ki, Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır.

Dövlət başçısı İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə müsahibəsində ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə söykənərək bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, getdikcə dərinləşən Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir. Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu baxımdan Çin Xalq Respublikası ilə Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələri hazırda geniş müzakirə olunur. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Artıq Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bunu rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu rəqəmlər bir daha sübut edir ki, Çin həqiqətən Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında birgə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində qeyd etdi ki, 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxışımda bu layihənin təkcə nəqliyyat əlaqəsini təmin etmədiyini, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını bildirmişdim. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Statistik rəqəmlərə diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənib, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırır. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çində rəsmi səfərdə olub. 2015-ci ildə həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlərin dinamikliyi bu əlaqələri daha da möhkəmləndirir.

Vüqar Rəhimzadə Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın böyük perspektivlər vəd etdiyini də önə çəkərək vurğulayıb ki, ölkəmizin qurumun Zirvə görüşünə iki dəfə dəvət olunması Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək.

Millət vəkili dövlət başçısı İlham Əliyevin yaxın zamanlarda Çin Xalq Respublikasına reallaşacaq səfərinə də diqqəti yönəldərək bildirib ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Prezident İlham Əliyev qeyd etdiyimiz müsahibəsində belə bir əminliyi ifadə etdi ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. Qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.



VİDEO

SON XƏBƏRLƏR

06.05.2025 / 00:33
Keçmiş ABŞ məmurundan ŞOK ETİRAF – insan nəslinin yox olma ehtimalına qarşı okeanların altında gizli yeraltı şəhərlər tikmişik

05.05.2025 / 23:41
Krım yarımadası... 1942-1943-cü illər... Türk-Müsəlman və Yəhudi soyqırımı...

05.05.2025 / 23:08
İran: “Bizim təklifimiz Azərbaycanda “güclü dəstək” aldı”

05.05.2025 / 23:07
Ərdoğan və Tramp Suriya, Qəzza, Hərbi Əməkdaşlıq məsələlərini müzakirə etdi

05.05.2025 / 22:12
Laçın sakini olan zərərçəkmiş şəxs: "İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" - MƏHKƏMƏ +FOTO

05.05.2025 / 21:55
"Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinə start verildi

05.05.2025 / 21:25
Netanyahu Bakıya gələ bilmədi - Suriyada İsrail-Türkiyə qarşıdurmasının yeni pilləsi başlanır...

05.05.2025 / 21:12
ABŞ-Ukrayna sazişinin cəmiyyətlərə açılmayan ilginc məqamları var...

05.05.2025 / 20:57
65 yaşdan yuxarı məhbuslar budəfəki əfvdə xüsusi nəzərə alınacaq(?)...

05.05.2025 / 20:43
Putin Əliyevə məktub yazdı, Kirilli göndərdi, ardınca Azər Badamov Moskvadan deport edildi - Kremli Azərbaycanla qarşıdurmaya kim çəkir?..

05.05.2025 / 20:30
Avropa komissarı Azərbaycanın məhkəmə sistemini heçə saydı - “dərhal azad edilsin” tələbi alt-üst edildi...

05.05.2025 / 20:19
Zəngəzurla bağlı İran fikrini kəskin dəyişə bilər - inanılmaz...

05.05.2025 / 20:17
AVCİYA-nın 15 il əvvəl böyük əks-səda doğuran təşəbbüsü

05.05.2025 / 20:05
Moskva İrəvanı hədələdi - Simonyan Kremlə "casusunu yığışdır" mesajı verdi...

05.05.2025 / 19:52
AZAL-ın Hindistana uçuşları artırması düzgün qərar sayılmır...

05.05.2025 / 19:38
Paşinyan onlara "yarıcanlar" dedi - Sarkisyanla Köçəryan qisas üçün ölür...

05.05.2025 / 19:36
“Azərbaycanlılar dəhlizdən əl çəkmədilər, eləmi? sualı Simonyanı əsəbiləşdirdi”

05.05.2025 / 19:25
Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

05.05.2025 / 19:13
K.Ambarsum: - “Rusiya bizim dəhşətli sonumuzu gətirəcək”

05.05.2025 / 19:12
Azərbaycan deputatları Rusiyanın addımlarında dostluq mahiyyəti görmürlər...

05.05.2025 / 19:05
Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb - FOTO

05.05.2025 / 18:59
Tramp ABŞ-ı iki dünya müharibəsinin qalibi saydı - Bakıda tarixçilər buna nə deyir...

05.05.2025 / 18:53
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edildi

05.05.2025 / 18:45
Bakı məhkəməsi qondarma "Artsax" seçkilərini demokratik sayanları ifşa etdi

05.05.2025 / 18:42
10-cu - Uluslararası Türk Dünyası Şeir və Muzik Festivalı başa çatdı - FOTO

05.05.2025 / 18:32
Tramp hansı əsasla 9 Mayı yox, 8 mayı qələbə günü sayır...

05.05.2025 / 18:18
Xarici turistlər hələ də Bakıdan regionlara çıxmaq istəmir... Az qala 80 faiz...

05.05.2025 / 18:04
Rus səfir "müdrik" sözü altında erməni cəmiyyətini hakimiyyətə "təzyiqlərə" çağırdı...

05.05.2025 / 17:51
Mühacirətdə “Arsax hökuməti” qurulur - biz niyə Qərbi Azərbaycan hökuməti qurmayaq?!..

05.05.2025 / 17:43
Azər Badamovun Moskvadan deportasiya edilməsi həm də Heydər Əliyevin anım tədbirlərinə qarşı təxribatdır…

05.05.2025 / 17:33
Bu ölkələri hara aparırlar? - Aydın Quliyev yazır

05.05.2025 / 17:20
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi yeni layihənin icrasına başladı

05.05.2025 / 17:18
Ermənistan ABŞ-da uduzduğunu anladı - ili 50 min dollara lobbi təşkilatı tutdular...

05.05.2025 / 17:11
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb - FOTO

05.05.2025 / 17:04
Bu faktlar olmasaydı, azərbaycanlı deputatın Moskvadan deportasiyası təsadüf sayılardı...

05.05.2025 / 16:50
Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"

05.05.2025 / 16:41
Sosial şəbəkələrdə vətəndaşları aldadıb 51 min manatını ələ keçirən dələduzlar yaxalandı

05.05.2025 / 16:35
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

05.05.2025 / 16:34
İtaliyada qalmaqal: “Uşaq qatilləri” adlandırılan israilli cütlük restorandan qovuldu

05.05.2025 / 16:30
Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı

05.05.2025 / 16:26
Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

05.05.2025 / 16:20
Mirnağının şəhidlik zirvəsi

05.05.2025 / 16:04
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır

05.05.2025 / 15:55
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

05.05.2025 / 15:55
Hindistan Pakistana qarşı iki ölkə arasındakı münaqişəni körükləyən təxribatcı addım atdı

05.05.2025 / 15:50
“Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilib

05.05.2025 / 15:36
Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlandı

05.05.2025 / 15:23
Məhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirildi

05.05.2025 / 15:10
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

05.05.2025 / 14:55
Tramp prezidentliyə varisini göstərdi...

05.05.2025 / 14:47
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olundu

05.05.2025 / 14:34
"Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir" - Əli Əsədov

05.05.2025 / 14:28
ABŞ mediası: “Vaşinqton ABŞ-ın Yəməndəki itkilərini ört-basdır etdi”

05.05.2025 / 14:26
Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi

05.05.2025 / 14:25
Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmiş ilgək kimi oldu"

05.05.2025 / 14:24
Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”

05.05.2025 / 14:16
Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...

05.05.2025 / 14:15
Hindistan Bağlıhar bəndi vasitəsilə Pakistana su təchizatını kəsdi

05.05.2025 / 14:02
Şirvanda üzərində narkotik aşkarlanan şəxs həbs edildi

05.05.2025 / 14:00
Husilər İsraili hava blokadasına alır

05.05.2025 / 13:48
Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...

05.05.2025 / 13:22
Polis Ağdamda əməliyyat keçirdi - iki qardaş həbs edildi

05.05.2025 / 13:10
Tramp Səudiyyədə Putinlə görüşə bilər...

05.05.2025 / 12:35
Prezident Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678