Kimlər Sülh Müqaviləsinə qarşıdır?

Mətləb Salahov: “Bölgədə marağı olan nəhəng dövlətlərdən heç biri Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin imzalanmasını istəmirlər"
“Rusiya və Qərb Ermənistanı əldən buraxan deyil. Çünki əsrlərdir ki, bölgədə stukaçı dövlət imici qazanmış rəsmi İrəvan böyük dövlətlərə gələcək siyasətləri üçün hava və su kimi lazımdır. Baxın, bölgədə marağı olan nəhəng dövlətlərdən heç biri Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin imzalanmasını istəmirlər. Ya da məhz onların siyasi maraqları çərçivəsində bu sənədin imzalanmasına çalışırlar." Bu fikirləri "Bakı xəbər"ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Nikol Paşinyanın ənənəvi erməni daşnak düşüncəsini dəyişdirməl cəhdləri də fiaskoya uğrayıb. "Diqqət edin: Ermənistan cəmiyyətində, ictimai rəyində Azərbaycan və Türkiyə əleyhinə ənənəvi düşmənçilik düşüncəsi yenə öz mövqelərini qoruyur. Daşnak ideologiyası yenə erməni şüurunda aktiv fazadadır.
Yəni bunlar heç cürə bu faşist ideologiyasından imtina edənə, gerçək siyasi reallıqla barışana oxşamırlar. Sanki erməni olaraq, öz varlıqlarını bu işğalçılıq düşüncəsində görürlər. N. Paşinyanın həm erməni siyasətində kök salan rüvanşist siyasi qüvvələrə, həm də əsrlərdir erməni şüurunda kök salam işğalçılıq və daşnak ideologiyasına üstün gəlmək şansı qəti şəkildə real məsələ deyil. Çünki erməni cəmiyyəti o dərəcədə manqurt düşüncə sahibidir ki, başına gələnlərdən dərs götürüb reallıq hissi ilə yeni səhifə açmaq qüdrətində deyil. Bu, inkaredilməz faktdır. Bunun da üstünə yuxarıda qeyd etdiyimiz kimi Cənubi Qafqazda mühüm maraqları olan böyük dövlətlərin Ermənistandakı revanşist siyasəti dəstəkləmək üçün canfəşanlıq göstərdiklərini gəlsək, o zaman məsələ tam anlamı ilə aydınlaşır. Mən düşünürəm ki, Sülh Müqaviləsi imzalansa belə, erməni cəmiyyətindəki anti-Azərbaycan düşmənçiliyi hələ uzun əsrlər davam edəcək.”
Namiq Quliyev