Macarıstan Avropa İttifaqında səsvermə hüququnu itirir? - “The Guardian”dan ŞOK İDDİA

Böyük Britaniyanın “The Guardian” qəzeti Macarıstanla bağlı sensasiya sayılacaq yazı dərc edib. Yazıda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə dəstəyi əngəlləmək cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirirlər.
Bundan əvvəl rəsmi Budapeştin Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı referendum keçirmək qərarına gəldiyi məlum olmuşdu. Səsvermə bülletenlərində “Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?” sualı qoyulur. İngilis nəşri yazır ki, bu baş verərsə o zaman Aİ-də ciddi problemlər meydana çıxacaq.
Mətləb Salahov