Azərbaycan hazırda bölgə üçün həlledici dövlətdir

Mətləb Salahov: “Bu fakt həttda rəsmi Bakını sevməyənlərin də etiraf etdikləri reallıqdır”
“Azərbaycan hazırda Cənubi Qafqaz bölgəsi üçün müəyyənedici dövlətdir. Artıq bu real fakt həttda rəsmi Bakını sevməyənlərin də etiraf etdikləri reallıqdır. Mən deyərdim ki, hazırda Edrmənistan hakimiyyətinin “böyük bacısı” kimi ad çıxarmış və ən primitiv təxribatlarla da olsa bölgəmizdə özünü yerləşdirmək istəyən Emmanuel Makron tərəfindən də etiraf edilir. Çünki Fransa tarixinin ən pis prezidenti kimi ad çıxarmış bu adam da bilir ki, bölgənin iqtisadi və siyasi güc mərkəzi Bakıdır və onunla razılaşdırmadan və əməkdaşlıq etmədən nəyəsə nail olmaq mümkünsüz məsələdir”.
Bu barədə “Bakı Xəbər”ə açıqlamasında jurnalist Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, hazırda dünya siyasətinin ən aparıcı güclü dövlətləri təkcə enerji layihələri və nəqliyyat infrastrukturu barədə deyil, bölgənin siyasi gələcəyi üçün də Bakı ilə yaxından əməkdaşlıq edirlər. “Diqqət edin, Gürcüstanın yeni seçilmiş prezidenti ilk səfərini Bakıdan başladı. Bu, təkcə iki qonşu ölkə arasındakı əlaqələri genişləndirmək baxımından atıllan addım deyil. Bu, ilk növbədə Cənubi Qafqaz üçün lokomotiv ölkə olan Azərbaycanla strateji tərəfdaşlıq planları ilə bağlıdır.
Gələk Ermənistana. Baş nazir Nikol Paşinyan parlament tribunasından Azərbaycanla Sülh Müqaviləsi barədə danışarkən rəsmi Bakı ilə nəqliyyat logistika əlaqələrinin öz ölkəsi üçün iqtisadi əhəmiyyətini dəfələrlə bəyan edib. Həm N.Paşinyan, həm də digər erməni siyasi elitası əla anlayır ki, bu mərhələdə Azərbaycanla əməkdaşlıq qaçırılmaz fürsətdir. Əlbəttdə, Ermənistan cəmiyyəti xəstə daşnak ideologiyasından xilas olarsa təbii. Real mənzərə budur: Azərbaycan Cənubi Qafqazda öz gücünü yalnız enerji ixracatçısı olaraq deyil, həm də diplomatik, hərbi və strateji tərəfdaş kimi də sübut etməkdədir.”
Namiq Quliyev