Ərdoğan Azərbaycanla bağlı bu əməkdaşlıq sazişini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib. Sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub.
Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.
Mətləb Salahov