Ermənilər olmayan qurumda kimin prezident olacağını müzakirə edirlər

Ermənilərin sağalmaz “erməni xəstəliyinə”mübtəla olması haqda çox deyilib,çox yazılıb.Hətta onların öz yazarları, fikir adamları da bunu danmırlar.Ancaq sən demə bu xalqın nümayəndələri arasında erməni xəstəliyinə tutulanlardan əlavə, ölü dirildən müasir “şeyx nəsrullahlar” da yox deyilmiş.Elə olmasaydı iki il bundan öncə əbədi olaraq tarixin zibilliyinnə atılmış qondarma qurumun “Artsax”ın,daha doğrusu ölü bir qurumun prezident postunu və parlamentinin səlahiyyət müddətini müzakirə etməzdilər.Yaxşısı budur faktlara müraciət edək.Beləliklə Ermənistanın“Hraparak” nəşri öz mənbələrinə istinadən yazır ki, “Artsax” Müdafiə Ordusunun keçmiş komandiri, “Vahid Vətən” partiyasının rəhbəri Samvel Babayan “Artsax” “prezident”i postuna namizəd olmaq niyyətindədir. Qəzet xatırladıb ki, aprelin 15-də “Artsax” parlamenti “Artsax”ın “prezident”i postunu saxlayan konstitusiyaya düzəlişlər qəbul edib. Düzəlişlərə əsasən, “Artsax” “prezident”i Samvel Şahramanyanın səlahiyyət müddəti mayın 21-də başa çatdıqdan sonra parlament 22 deputatın səsi ilə yeni prezidenti seçə biləcək. Nəşrin yazdığına görə, Şaxramanyan prezidentliyə namizəd olub-olmayacağını dəqiqləşdirməyib; o, yalnız prezident institutunu ləğv etməmək haqda düzəlişlərin qəbuluna çağırıb.
Digəl bu müəmmadan baş çıxart:28 sentyabr 2023-cü ildə qondarma qurumun qondarma prezidentı Şahramanyan “Artsax Respublikası”nın mövcudluğunun dayandırılması haqda fərman verib,bu gün isə erməni nəşrinin yazdığı kimi həmin Şahramanyan prezident institunu ləğv etməmək haqda çağırış edir.Bir sözlə bu xalq başdan-ayağa müəmmadır-müəmma...
Surxay Əliyev