Heçmi əliniz titrəmədi: -“Mərkəzi Asiya liderləri qardaşlığı AB-nin 12 milyard avrosuna satdılar”

“Səmərqənddə Aİ-Mərkəzi Asiya Sammitində - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan liderləri hər biri 2,4 milyard avro qarşılığında KKTC-ni tərk etdilər. Hətta onlar türkləri “işğalçı” elan edən və yunanları adanın yeganə qanuni hökuməti kimi tanıyan bəyannaməni imzalamaqdan belə çəkinmədilər”.Bu fikirlər türkiyəli yazar Emin Özgönülün qələmə aldığı məqalədə yer alıb.Müəllif davam edərək yazır:”Əkrəm İmamoğlu əməliyyatından sonra məzənnəni taraz saxlamaq üçün 45 milyard dollar xərclədik, amma Avropa Birliyinin (AB) 12 milyard Avrosuna təslim olduq!.. Türkiyənin də üzvü olduğu Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və sammitdə müşahidəçi qismində iştirak edən Tacikistan 12 milyard dollarlıq yardım müqabilində Cənubi Kipri tanıdı və KKTC-ni kitabdan sildi.
PUL ADINI EŞİDƏN KİMİ...
Səmərqənddə keçirilən Aİ-Mərkəzi Asiya Sammitində 5 türk respublikası yunanların tərəfində oldu. Aİ bu ölkələrə nəqliyyat, xammal, su ehtiyatları, enerji, iqlim və peyklər sahələrində sərmayə qoymağı vəd etdi. Prezidentlər Şavkat Mirziyoyev (Özbəkistan), Qasim Tokayev (Qazaxıstan), Sadır Japarov (Qırğızıstan), Emomali Rahman (Tacikistan) və Serdar Berdiməhəmmədov (Türkmənistan) 12 milyardın adını eşidən kimi tərəflərini dəyişidilər.
2,4 MİLYARD AVRO
Aİ Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula Von der Leyen hər biri Mərkəzi Asiyadakı türk qardaşlarımıza 2,4 milyard avro sərmayə qoymağı vəd etdilər. Yekun bəyannamədə deyilir: “Biz BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiqik”. Beləliklə bu “beş qardaş” “Kipr Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü tanımaq və adada yunanların hökumətindən başqa heç bir hökuməti tanımamaq” haqda öhdəlik götürdülər.
BİZƏ “İŞĞALÇILAR” DEDİLER
Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Türkiyənin KKTC-yə səfir təyin edilməsi pislənir. Türk Silahlı Qüvvələrinin adada olması isə “işğalçı” olaraq xarakterizə edilir, “Şimali Kipr Türk Cümhuriyyəti adlanan dövlətin isə heç bir şəkildə tanınmaması üçün çağırışımızı bir daha təkrar edirik” ifadəsi işlədilib. Dekabrın 19-da Özbəkistan Cənubi Kiprə səfir təyin edib. Daha sonra fevralda Qazaxıstan, martda isə Türkmənistan Cənubi Kiprə səfir göndərdi.
Surxay Əliyev