Bazar ertəsi günü, 12 may 2025
     

Vüqar Rəhimzadə: Zəngəzur dəhlizi regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək

Image

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Lakin həmin vaxtdan ötən dövr ərzində Ermənistanın hər vəchlə buna mane olmağa çalışdığı göz önündədir. Bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi daha böyük rəqəmlərlə ifadə ediləcək. Bu dəhliz yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək.

Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub- Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.

Təsadüfi deyil ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti daha da artıb. Bu ilin yanvarında keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə də dövlət başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda qazandığı uğurlara, perspektivlərə diqqəti yönəldərək bildirdi ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi qeyd edilir. Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termindir. Dövlətimiz bu dəhlizin açılması üçün praktiki addımları atır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Həmin Bəyanatda açıq-aydın göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Eyni zamanda, Ermənistan və onun havadarları Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verirlər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.

Vüqar Rəhimzadə vurğulayıb ki, nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun keçəcəyi ərazidə inşaat işlərini sürətləndirən Azərbaycanın dəmir və avtomobil yollarında tikinti işlərinin xeyli hissəsi icra olunub. Zəngəzur dəhlizinin bərpasının əsas məqsədlərindən biri də respublikamızın digər rayonları ilə muxtar respublika arasında dəmir və avtomobil yollarının bərpası nəticəsində Türkiyə də daxil olmaqla türk dünyasının coğrafi bağlantısı, tarixi ədalət bərpa olunacaq. 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatda, qardaş Türkiyə ilə Azərbaycanın qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirildiyi tarixi Şuşa Bəyannaməsində bölgədə əməkdaşlığın, sülhün təminatının başlıca amili kimi analoqu olmayan platforma adlandırılan Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisa­di şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Nəqliyyat sektorunun bütün sahələrində xid­mət infrastrukturları modernləşdirilir, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilir, çoxsaylı yol ötürücüləri, kör­pülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zo­lağın yaradılmasının dəstəkçisi və iştirakçısı olan Azər­baycan həm də digər dəhlizlərlə müqayisədə Zəngəzur dəhlizi vasitəsilə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtə­lif istiqamətlərə tranzit daşımalarının səmərə­li təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiya­ya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də dünyada söz sahibi olan ölkələr buna imkan verməyəcəklər. Çin, Rusiya və Türkiyə kimi beynəlxalq arenada söz sahibi olan ölkələr bu dəhlizin açılmasında israrlıdırlar. Türk dünyasına açılan qapı kimi dəyərləndirilən Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpası olacaq. Qərbi Zəngəzurun 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə xalqımıza qarşı cinayət törədilib. Azərbaycan xalqı Zəngəzuru unutmamış və unutmur. Türkiyə bu məsələdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyir.

Millət vəkili bildirib ki, bu dəhliz nəqliyyat əlaqələrini gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və regionun inkişafına mühüm töhfə verəcək. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93 faiz səviyyəsində tamamlanıb. Bu dəhliz strateji əhəmiyyətə malik və regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına töhfə verən bir layihədir. Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.



VİDEO

SON XƏBƏRLƏR

12.05.2025 / 11:43
Məzahir Pənahov Türküstana səfər edib

12.05.2025 / 11:33
Mbappe "Real"da əsrin rekorduna imza atdı!

12.05.2025 / 11:22
Şərurda bir evdən 22800 dollar oğurlanıb

12.05.2025 / 11:18
Rusiyalı nazir müavini ümid edir - Sumqayıtda müştərək sənaye parkının işə salınacağına...

12.05.2025 / 11:12
Avropa İttifaqı və Böyük Britaniya birgə müdafiə paktı elan edəcək

12.05.2025 / 11:08
Suren Papikyan Berlinə gedib - silah şirkətləri ilə görüşəcək

12.05.2025 / 11:03
12 min manatlıq naqil oğurlayanlar həbs olundular

12.05.2025 / 10:27
“Ukraynada atəşkəs və döyüşlərə son qoymaq ABŞ-ın əsas prioritetidir”

12.05.2025 / 10:20
Kiberdələduzluq bitmir - 2 gündə bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

12.05.2025 / 10:18
PKK özünü ləğv etdi - TƏCİLİ

12.05.2025 / 10:14
“Barselona”- “Real” derbisində tarixi rekord

12.05.2025 / 10:05
Həm Çin, həm də ABŞ yumşalır - yeni ticarət razılaşması hazırlanır...

12.05.2025 / 10:00
İsrail Qəzzada məktəb binasını bombalayıb, 15 nəfər ölüb

12.05.2025 / 09:30
“Qətər Tramp üçün ABŞ tarixində ən qiymətli hədiyyə - "Uçan saray" hazırlayır”

12.05.2025 / 09:20
Xırdalanda motosiklet yanıb

12.05.2025 / 09:17
Moskvada 9 may paradına rəsmi Antihitler koalisiyasından bircə üzv dövlət də qatılmadı....

12.05.2025 / 09:13
İngiltərə nəhəngləri üçün "qara gecə" - hər üçü uduzudu..

12.05.2025 / 09:08
Göyçayda güclü yanğın - tövlə, avtomobil və ot bağlamaları kül oldu...

12.05.2025 / 09:03
Ceyhun Bayramov Bəhreyn Krallığına səfərə gedib

12.05.2025 / 08:58
Zelenski cümə axşamı Putini Türkiyədə “duelə” çağırdı

11.05.2025 / 22:06
Putin saxtalaşdırdı, Ermənistana "qəhrəman" dedi... - VİDEO

11.05.2025 / 20:33
Üç günlük döyüş tarixə Pakistanın qəhrəmanlıq salnaməsi kimi düşdü

11.05.2025 / 20:15
Tramp Hindistan və Pakistana Kəşmir məsələsinin həll yolunu tapmağı təklif etdi

11.05.2025 / 15:28
Peyk görüntüləri Hindistanın iddialarını təkzib etdi

11.05.2025 / 15:16
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan 3 iranlı saxlandı, biri özünü çaya atdı...

11.05.2025 / 15:11
Pakistan Hindistan üzərində qələbəsini elan etdi

11.05.2025 / 14:55
Kamal Kılıçdaroğlunun paylaşımını iqtidaryönlülər dəstəklədi, müxaliflər qınadı

11.05.2025 / 14:35
Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 292 ailə köçürüləcək...

11.05.2025 / 14:26
Zelenski Putinin İstanbulda görüş təklifinə cavab verdi – öncə 30 günlük atəşkəs, sonra...

11.05.2025 / 13:30
Putin Ermənistanı faşizm üzərində Qələbənin "əsas qəhrəmanı" adlandırdı... Azərbaycanın adını çəkmədi - İlham Əliyev düz etdi...

11.05.2025 / 13:12
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib

11.05.2025 / 12:57
Öcalan video zəng vasitəsilə konqresə qatıldı

11.05.2025 / 12:34
Pakistan və Hindistan bir-birlərini atəşkəsi pozmaqda ittiham etdi

11.05.2025 / 11:42
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

11.05.2025 / 10:16
Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi...

11.05.2025 / 09:50
Tramp Putinlə görüşün çox çətin olduğunu açıqladı – O, hər şeyi istəyir…

10.05.2025 / 23:32
Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”

10.05.2025 / 23:25
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşdı - VİDEO

10.05.2025 / 23:11
Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi

10.05.2025 / 20:27
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışladı...

10.05.2025 / 20:15
“Qarabağ, can Qarabağ, ana yurdum!” - Prezidentin Ağdama səfərindən səmimi görüntülər - VİDEO

10.05.2025 / 18:45
Prezident: "Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"

10.05.2025 / 18:39
"Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Prezident İlham Əliyevdən mühüm mesaj

10.05.2025 / 18:20
Prezident: "Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər"

10.05.2025 / 18:12
"Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir" - Prezident

10.05.2025 / 17:48
Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi

10.05.2025 / 17:11
Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTO

10.05.2025 / 16:21
Prezident İlham Əliyev: "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"

10.05.2025 / 16:10
"Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük" - Prezident

10.05.2025 / 16:07
Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…

10.05.2025 / 15:53
Prezident Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - FOTO

10.05.2025 / 15:45
ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq

10.05.2025 / 15:34
Prezident Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub - FOTO

10.05.2025 / 15:31
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTO

10.05.2025 / 15:25
Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı oldu - FOTO

10.05.2025 / 15:20
Prezident İlham Əliyev Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub - FOTO

10.05.2025 / 15:15
Prezident Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub

10.05.2025 / 14:42
Ceyhun Bayramovdan Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı açıqlama - istintaqın başa çatmasını gözləyirik

10.05.2025 / 14:27
Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!

10.05.2025 / 14:15
Pakistan "nüvə həddinin pozulmasının" qarşısını almağa çağırdı

10.05.2025 / 13:59
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub

10.05.2025 / 13:37
Əbədiyaşar lider!

10.05.2025 / 13:25
Pakistan Hindistanın elektrik şəbəkəsini sıradan çıxardı, bir aerodromunu isə məhv etdi

10.05.2025 / 13:12
Pakistan Hindistana qarşı irimiqyaslı hücum həyata keçirdiyini bildirdi

10.05.2025 / 12:45
Ağdam Muğam Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

10.05.2025 / 12:41
"Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb" - Nazir

10.05.2025 / 12:32
XİN rəhbəri Bakıda Türkiyə-İsrail danışıqlarının keçiriləcəyi xəbərlərinə münasibət bildirdi...

10.05.2025 / 12:26
Nazir: "Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik"

10.05.2025 / 12:10
"Azərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi tamamilə beynəlxalq hüquqa əsaslanır" - XİN rəhbəri

10.05.2025 / 11:58
"Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək" - Ceyhun Bayramov

10.05.2025 / 11:40
Çəmbərək istiqamətindən mövqelərimiz atəşə tutuldu

10.05.2025 / 10:56
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2025 / 10:23
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

10.05.2025 / 10:10
Romada MAMA “Ana təbiət” sərgisinin təqdimatı olub

10.05.2025 / 10:06
"Ermənistanda marixuananı leqallaşdıraq" - erməni spikerdən ŞOK ÇAĞIRIŞ!

10.05.2025 / 10:01
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:50
AZƏRBAYCANÇILIQ HƏR ŞEYİN FÖVQÜNDƏDİR

10.05.2025 / 09:48
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları - FOTO

10.05.2025 / 09:33
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:15
Prezident Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı videoçarx paylaşıb - VİDEO

10.05.2025 / 08:53
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678