"Qarabağ zəfəri türk dünyası üçün qürurdur" - Hulusi Akar

"Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Bu baxımdan, belə tədbirlərin keçirilməsi olduqca vacibdir".
Bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O bildirib ki, təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi, iqlim dəyişiklikləri problemləri yaradıb:
"Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır. Milli təhlükəsizliyin qorunması güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı olmalıyıq, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik"
SAMİRƏ