Mərkəzi Asiyanın türk dövlətləri hələ "duza gedirlər"....

"Vay - şivən "duzdan qayıtdıqları gün" düşəcək. Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın və Özbəkistanın "duzdan nə vaxt qayıdacaqlarını" hələ bilmirəm. Ancaq mütləq olacaq....
Avropa komissiyasının sədri Ursula Fon Der Layenin toruna düşüblər. Layen özü Avropanın taleyi üçün böyük çətinlikdədir. Xanımın siyasi karyerası bata bilər. Avropaya işıq, qaz, neft, xammal lazımdır. Həm də mümkün qədər ucuz qiymətə...."
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Mərkəzi Asiyanın türk dövlətləri onlar üçün əla yağlı tikədir. Bu günlərdə Səmərqənddə sammit də keçirdilər. O ki var, Türk dövlət rəhbərlərinin "qoltuqlarının altına qarpız qoydular, onları təriflədilər, 12 milyard dollar pul vəd etdilər , bunlar da dərhal aldandılar və" tora düşdülər". Türk dünyası düz 60 ildir Şimali Kipr tüklərini yunanların real genosidindən qoruyur, Kipr türkləri məcburən özlərini ayrıca dövlət elan etdilər. Çünki adanın yunanları məhz Avropanın dəstəyilə onları buna məcbur qoydular. Kipr türklərini özləri ilə bərabər Avropa Birliyinə aparmayanda, bəs biçarə türk qardaşlarımız ayrıca dövlət olmaqdan başqa nə edə bilərdilər?! Xanım Ursulanın təlimatı ilə Orta Asiyanın 4 türk dövləti Antalya forumuna getmədilər, üstəlik yunan Kiprində səfirlik açaraq adanın bütövlüyünü, yəni yunanları dəstəklədilər. 2 gün əvvəl isə BMT TŞ - nin Kiprin bütövlüyünü dəstəkləyən 2 qətnaməsinə səs verdilər.

İndi qayıdaq " duz" məsələsinə.... Türk liderlər hələ başa düşmürlər ki, Avropaya onların ucuz xammalı lazımdır, qızıl, uran, mis, qaz və sair... Nə qədər ki, bunlardan asılıdırlar, türk dövlətlərinə heç bir irad tutmayacaqlar. Elə ki, "yeyib doydular", başlayacaqlar ki, Berdiməhəmmədov seçkini belə ləğv edib, Mirziyoyev müxalifəti belə təqib edir, Tokayev Orta Asiyada "Rus əlidir", Japarov qırğız demokratiyasını boğur və sair.. Beləliklə, gündə bir bəyanat, hesabat peyda olacaq....
Bunlar olanda, bilin ki, artıq "duzdan qayıtmaq vaxtıdır"...."
Mətləb