Cümə günü, 9 may 2025
     

Vüqar Rəhimzadə: Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir

Image

“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.” Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinizi Azərbaycana etməyinizdən çox şadam. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri başqa ölkələrə qonşuluq münasibətlərində nümunə göstərilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri dərin köklərə söykənən tarixi ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixə nəzər salsaq dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu görərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Onlar arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında onlarla sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Siyasi əlaqələrimiz də uğurla inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir” fikrini önə çəkərək onu da qeyd edib ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Milli Məclisin deputatı vurğulayıb ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də iki dost, qardaş, qonşu ölkənin birgə marağında olan məsələdir. Bu məsələnin uğurlu həllinə həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Uzun illər Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrildiyini qeyd edən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, atılan hər bir addım iki dost ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni istiqamətlərin müəyyənləşməsinə xidmət edəcək sənədlərin imzalanması əlaqələrin inkişafında stimulverici amildir. Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməyi hədəfləyib. Gürcüstan isə öz növbəsində bu hədəfə yüksək səviyyədə nail olmaq üçün Azərbaycana dəstək verir. Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji beynəlxalq bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji layihələri də uğurla həyata keçiriləcək. Orta Dəhliz layihəsi hazırkı dövrdə əsas müzakirə mövzusudur. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Millət vəkili bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirdi ki, bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Vüqar Rəhimzadə qeyd edib ki, aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirildi. “Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

08.05.2025 / 16:37
Yəhudilərin və fələstinlilərin tək çıxış yolu var - bunu anlayana qədər heç biri azad və təhlükəsiz yaşaya bilməyəcək...

08.05.2025 / 16:30
Balakəndə yeni kanat yolunun tikintisinə beş milyon manat ayrıldı

08.05.2025 / 16:28
Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

08.05.2025 / 16:26
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM

08.05.2025 / 16:22
Polşada prezidentliyə namizəd Avropa İttifaqı bayrağını tapdaladı, sonra isə od vurub yandırdı - VİDEO

08.05.2025 / 16:21
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI

08.05.2025 / 16:10
“Polisə Dəstək” İctimai Birliyi ATMU-da “Hüquqlarımız” adlı məlumatlandırıcı sessiya keçirib - FOTO

08.05.2025 / 16:04
Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib

08.05.2025 / 15:51
"Azərbaycan ilə Türkiyə arasındakı həmrəylik Türk dünyası üçün böyük töhfədir" - Prezident İlham Əliyev

08.05.2025 / 15:51
Aİ Rusiyanı rəsmi şəkildə Ukraynada kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

08.05.2025 / 15:50
Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

08.05.2025 / 15:45
Məşhur hüquq müdafiəçisi 65-dən yuxarı yaşlı məhkumların əfvinə xüsusi önəm verdi...

08.05.2025 / 15:32
Pakistan Fransanın Hindistana satdığı qırıcıları Çin istehsalı qırıcılarla havada vurdu – Paris şokda...

08.05.2025 / 15:19
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO

08.05.2025 / 15:10
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

08.05.2025 / 15:02
Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşdü - FOTO

08.05.2025 / 14:53
BMU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

08.05.2025 / 14:48
Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul etdi

08.05.2025 / 14:32
Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı olub

08.05.2025 / 14:26
Pakistan Hindistanın göndərdiyi 12 dronu vurdu

08.05.2025 / 14:10
Abşeronda saxlanan şəxsin avtomobilindən 19 kq narkotik çıxdı...

08.05.2025 / 13:57
“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

08.05.2025 / 13:44
MM-də SSRİ-nin qərarı ilə Zəngəzurun Ermənistana verilməsi faktını pisləyən qərarın qəbul edilməsi təklif edildi

08.05.2025 / 13:27
Bank kartlarından 36 min manat oğurlandı... DİN xəbərdarlıq edir - Kiberdələduzlara aldanmayın!

08.05.2025 / 13:23
"Yaşayış məntəqələri olan məkanlarda sakitlik təmin edilməlidir" - BDYPİ sürücülərə çağırış etdi

08.05.2025 / 13:10
А.Мирзоян разгромил Кочаряна и Саргсяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.05.2025 / 13:04
Prezident Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi haqqında Sərəncam imzaladı

08.05.2025 / 12:55
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.05.2025 / 12:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib - FOTO

08.05.2025 / 12:16
İranda xanım teleaparıcı çəkiclə öldürüldü

08.05.2025 / 12:12
Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb

08.05.2025 / 12:04
“Zelenski və Putin bir-birlərini Trampın qəzəbinə tuş gətirmək üçün yarışırlar”

08.05.2025 / 12:00
Tramp: ”Rusiya milyonlarla insan itirdi, amma İkinci Dünya Müharibəsində ABŞ qalib gəldi”

08.05.2025 / 11:41
Husilər Ramon hava limanını darmadağın etdilər

08.05.2025 / 11:31
Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər

08.05.2025 / 11:27
Milyarder qızının brilyant boyunbağısı hər kəsi şoka saldı!

08.05.2025 / 11:21
Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678