Gürcüstan Prezidenti bu gün Bakıya gəlir

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Azərbaycana ilk rəsmi səfərə gələcək. Səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Mətləb