"Bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır”

Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda mühüm fikirlər səsləndirib. K.Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi əsaslarını və suverenliyini təmin edən ali sənəddir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ölkənin inkişafında dönüş nöqtəsinə çevrilib.
SİTAT: "hüquq-mühafizə orqanları, xüsusilə də prokurorluq dövlətin suverenliyinin və hüquqi əsaslarının qorunmasında önəmli missiya daşıyır. Bu orqanların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin dayanıqlığının və vətəndaşların hüquqlarının təminatıdır."
Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək deyib: “Xankəndidə hüquq ixtisasının təşkili strateji əhəmiyyət daşıyır. Bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. Bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır”.
Mətləb Salahov