Netanyahu Makronu cəhənnəmə göndərən oğlunu dəstəklədi

Baş nazir Benyamin Netanyahu oğlu Yairin Fransa prezidenti Emmanuel Makronu təhqir etməsini cavablandırıb. Baş nazir sosial şəbəkədə oğlunu "ölkənin gələcəyindən narahat olan əsl sionist"kimi dəyərləndirib:- “Hər bir vətəndaş kimi onun da öz fikrini bildirmək hüququ var”, - deyə Binyamin Netanyahu bildirib və əlavə edib ki, “Prezident Makron ölkəmizin mərkəzində İsraili məhv etməyə bərabər olan Fələstin dövlətinin yaradılması ideyasını irəli sürməklə böyük səhvə yol verdi”. Bununla belə, baş nazir oğlunun ifadə tərzinin qəbuledilməz olduğunu qeyd edib.
Məlum olduğu kimi,ötən gün Yair Netanyahu Fransanın xarici ərazilərinin müstəqilliyinə çağırarkən, Fransa lideri haqqında “cəhənnəm ol” ifadəsini işlətmişdi. Baş nazirin oğlu bu sərt ifadələri Makronun “fələstinlilərin dövlət qurmaq istəyini tam dəstəklədiyini” və “İsrail ilə Qəzza zolağı arasında böhrandan yeganə çıxış yolunun yalnız siyasi həll ola biləcəyini” açıqladığı bəyanatına cavab olaraq işlətmişdi.
Surxay Əliyev