“İsrail Suriyada türk bazalarının yaradılmasına imkan verməyəcək”

Bakıda Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının ilk texniki görüşü keçirilib. Yüksək rütbəli mənbənin “Vesti İsrail”ə verdiyi məlumata görə, görüş zamanı İsrail nümayəndə heyəti Türkiyə tərəfinə açıq şəkildə çatdırıb ki, Suriyada xarici qüvvələrin hər hansı yerdəyişməsi, o cümlədən Tadmor bölgəsində yeni türk ordusu bazalarının yaradılması qadağanın pozulması kimi qiymətləndiriləcək. "Daha əvvəl İsrail bildirmişdi ki,ki, təhlükənin (İsrailin təhlükəsizliyinə) aradan qaldırılması üçün məsuliyyət Suriya hökumətinin üzərinə düşür. İsrailə zərər verə biləcək hər hansı hərəkət Əhməd əl-Şaraa hakimiyyətinə mənfi təsir göstərəcək", - deyə mənbə əlavə edib. İsrailin təhlükəsizlik mənbələri Suriyanın mərkəzindəki türk bazalarının İsrail Silahlı Qüvvələrinin Suriya hava məkanında fəaliyyət azadlığını məhdudlaşdıracağını bildirir
Surxay Əliyev