Cümə axşamı günü, 24 aprel 2025
     

Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

Image

Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Ölkə Prezidenti, eyni zamanda, belə bir çağırışı da etdi ki, əslində, ölkəmiz bu prosesin fəal iştirakçısı olmalıdır. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan yeni nizamı ədalətli nizam kimi görür.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, yeni dünya nizamının formalaşdırılmasından bəhs edərkən türk dünyasının birliyinin qorunmasının vacibliyini xüsusi qeyd etməliyik. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında da vurğuladı ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Azərbaycan, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu. Bu da qarşıya qoyulan vəzifələrin icrası idi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.

Millət vəkili bildirib ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi, tarixə Bakı nailiyyəti kimi yazılan COP29 iqlim konfransı da Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna bir daha işıq saldı. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi ilə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Reallıq budur ki, ölkəmiz dünyanın 120 ölkəsini sıralarında birləşdirən Qoşulmama Hərəkatına dörd illik rəhbərliyi ilə zəngin təcrübə qazandı. Ölkəmizə beynəlxalq dəstəyin, baxışın yüksək səviyyədə olması üzv dövlətlərin Azərbaycanın quruma sədrlik dövrünün bir il uzadılması ilə bağlı yekdil qərarında özünün aydın ifadəsini tapdı. Azərbaycana etimadın, inamın belə yüksək səviyyədə olması uğurlu və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Dövlətimizin başçısının çağırışlarında qarşılıqlı etimad mühitinin qorunmasının prioritetliyi xüsusi qeyd olunur. Sözügedən Forumdakı çıxışında “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Hərəkatda müəyyən zəifləmə olduğu zaman Azərbaycan ona yeni dinamika gətirdi, parlament platforması yaradıldı. Parlament platforması uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platforması təsis edildi. Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetirir və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışır.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Prezident İlham Əliyev forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi. Bildirdi ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik.

Göründüyü kimi, yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standardlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı.

Milli Məclisin deputatı bildirib ki, 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqları əksər dünya güclərinin təcavüzkarın, işğalçının yanında olduğunu nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında da belə dəstəklərin rolu aydın şəkildə görünür. Azərbaycanın beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. Dövlət başçısı İlham Əliyev “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq” söyləyərək bu çağırışı da etdi ki, lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin hər bir çıxışının bugümüzün reallıqları fonunda dünyaya mühüm çağırışlarla zəngin olduğunu diqqətə çatdırıb. Söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək olduqca vacibdir. Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir. Azərbaycan Avropa və Asiya arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir. Ölkəmiz dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın qlobal sülhə töhfələri təqdir edilir.



VİDEO

SON XƏBƏRLƏR

24.04.2025 / 19:01
Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

24.04.2025 / 18:47
Zatulin ermənilərin Qarabağdan getməsinə "don qalmır geyindirir" - indi də bu versiya...

24.04.2025 / 18:33
Ermənistan idmançıları Xankəndiyə gəlməsələr dünya dağılmaz...

24.04.2025 / 18:23
"Qadınlar bir-birinə sözdə yox, əməldə dəstək olmalıdır" - QHT sədri

24.04.2025 / 18:19
PKK-nın özünü buraxacağına ümidlər getdikcə sönür - “Apo” ikibaşlı oynayır?..

24.04.2025 / 18:10
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

24.04.2025 / 18:06
Belə türk rektor ermənidən də pisdir - "Ermənistanla açılıma Azərbaycan mane olur"...

24.04.2025 / 17:55
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə dövlət səfərindən görüntülər paylaşılıb - VİDEO

24.04.2025 / 17:52
Çin Əliyevin sülh gündəmini tam dəstəklədi - İrəvana birbaşa mesaj...

24.04.2025 / 17:48
Prezident Velosiped Turu 60-cı dəfə təşkil ediləcək

24.04.2025 / 17:37
İrəvanda rus diplomatdan gözlənilməz(?) hərəkət... Putinin sülh siyasəti hara, bu göz yaşı hara...

24.04.2025 / 17:26
Avropa Ukrayna məsələsində Trampın qarşısında geri çəkilir – Kiyevi ərazi güzəştlərinə apara biləcək formul axtarışları başladı…

24.04.2025 / 17:18
Cənubi Qafqazı bəlaya salan Rusiyanın nümayəndəsi də “erməni soyqırımı”ndan danışdı

24.04.2025 / 17:15
Ermənilər Irandaki Ermənistan səfirini fitə basdılar

24.04.2025 / 17:13
Vüqar Rəhimzadə: Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm siyasi hadisədir

24.04.2025 / 17:04
Putin Azərbaycanın 21 nəfər dünya müharibə iştirakçısını 9 May paradına dəvət edəcək?..

24.04.2025 / 16:48
Türkiyənin nüvə alimlərinə sui-qəsd çağırışı... ABŞ-dan İsrailə ŞOK təklif...

24.04.2025 / 16:41
EUMA personalına verilən imtiyazlar erməni pilotlara təlim keçməyə imkan yaradır - Ramid Namazov

24.04.2025 / 16:40
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb - FOTO

24.04.2025 / 16:27
"Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb" - Komissiya sədri

24.04.2025 / 16:10
"Ermənistan Avropa Sülh Fondu vasitəsilə müharibəyə hazırlaşdırılır" - Ramid Namazov

24.04.2025 / 15:52
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub - FOTO

24.04.2025 / 15:43
Beynəlxalq səyyahlar Xankəndidə

24.04.2025 / 15:31
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTO

24.04.2025 / 15:25
Azərbaycanı Roma Papasının dəfn mərasimində Sahibə Qafarova təmsil edəcək

24.04.2025 / 15:10
Uyğur törəsi (33 buyruq)- “Türk” etnonimi və törələri" kitabından- YUNUS OĞUZ yazır

24.04.2025 / 15:08
Çalabyan: “Soyqırım”ı tanımadan Türkiyə ilə real barışıq mümkün deyil”

24.04.2025 / 15:07
Kanadanın Ermənistandakı səfiri saxta erməni “soyqırımı” tanımasıyla fəxr etdi

24.04.2025 / 14:31
Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub - FOTO

24.04.2025 / 14:10
Bir milyon itirən eks-məmur oğlu ifadə verdi - "100 min qoydum, bir neçə aya 1 milyon 300 min manat oldu"

24.04.2025 / 13:54
Azyaşlının sükan arxasına keçməsi qəza ilə nəticələndi - BDYP valideynlərə çağırış etdi

24.04.2025 / 13:29
Polis Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirdi

24.04.2025 / 13:22
"Bu günədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb" - Ramid Namazov

24.04.2025 / 13:10
Поговорим о символах Армении - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.04.2025 / 12:58
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlandı

24.04.2025 / 12:46
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

24.04.2025 / 12:44
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

24.04.2025 / 12:43
Türkiyə və Azərbaycan bayraqlarının yandırılması Aram Sarkisyanın xoşuna gəlmədi

24.04.2025 / 12:35
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO

24.04.2025 / 12:10
Çin Cənubi Qafqazda mühüm oyunçuya çevrilir

24.04.2025 / 12:00
Dünyanın tanınmış səyyahları Qarabağda

24.04.2025 / 11:21
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO

24.04.2025 / 11:21
Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

24.04.2025 / 11:18
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

24.04.2025 / 11:10
"Bu, təxribatdır" - Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verdi

24.04.2025 / 11:03
Bank kartlarından oğurluq davam edir - bir gündə 20332 manat oğurlanıb...

24.04.2025 / 11:02
ABŞ-ın Ukrayna planı açıldı. Dəhşət indi başlayır - CANLI

24.04.2025 / 10:31
İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

24.04.2025 / 10:26
Bu uşaqlar peyvənd olunacaq - nazir əmr imzaladı

24.04.2025 / 10:22
Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

24.04.2025 / 10:12
Qəzzada bir gündə 45 sakin ölüb - “Al Jazeera” telekanalı

24.04.2025 / 10:06
Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

24.04.2025 / 10:00
Mədət Quliyev Federasiya prezidentliyindən istefa verib

24.04.2025 / 09:30
"Bu növbəti dezinformasiyadır" - Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 / 09:22
Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

24.04.2025 / 09:19
Azərbaycana avtomobil axını inanılmaz sürətlə artır - ölkə tıxaclardan "dağılacaq"...

24.04.2025 / 09:18
Bu gün Xırdalanın bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

24.04.2025 / 09:16
Qobustan sakini araqdan ölüb...

24.04.2025 / 09:12
Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

24.04.2025 / 09:06
"Milan" İtaliya Kubokunun finalında

24.04.2025 / 09:00
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

24.04.2025 / 08:53
Almaniya polisi elan etdi - 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

24.04.2025 / 08:37
Dövlət xəstəxanalarında əsassız ödənişlər, əmlakın özəl sektora şübhəli icarəsi və sair - deputatdan ifşa, ekspertdən dəstək...

23.04.2025 / 23:34
Tramp Krım məsələsində israr edən Zelenskiyə sərt xəbərdarlıq etdi - ölkəni itirə bilərsən...

23.04.2025 / 23:07
Kiyev ABŞ-ın təklifini rədd etdi və yeni şərt irəli sürdü - Londonda sülh danışıqları pozuldu...

23.04.2025 / 22:55
Ermənilərin qapıdan qovduğu Zatulin yenə ermənilərə yalmandı

23.04.2025 / 22:45
Bakıda mühakimə olunan Babayan Xocalı genosidi barədə həyasız yalan yaydı...

23.04.2025 / 22:38
Rusiyalı diplomat qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə göz yaşı axıtdı

23.04.2025 / 22:11
Ədliyyə Nazirliyində qalmaqal və həbs - cəmi bir il əvvəl yüksək vəzifəyə qoyulmuşdu...

23.04.2025 / 21:24
Himnimizin müəllifi ilə bağlı söz-söhbətlər baş alıb gedir - Əhməd Cavadçıların səsi çıxacaqmı?...

23.04.2025 / 21:22
Rusiya Ukraynaya qarşı Qazaxıstandan döyüşcü cəlb etməyə çalışır

23.04.2025 / 21:10
Rusiya rəsmiləri Ermənistanın Avropa siyasətinə qarşı boş sözlərdən başqa hələlik heç nə edə bilmir - Qruşko da bu qəbildən...

23.04.2025 / 20:56
Bakı ilə Pekin arasında ən qısa dəmiryolu "Ələtdən keçir"...

23.04.2025 / 20:41
Məşhur biznesmenə zərbələr dalbadal gəlir - bir kəlmə sözün qurbanlığı, ya qanunsuz biznesin bədəli...

23.04.2025 / 20:26
Putin Ukraynada əsasən mülki hədəflərin vurulduğunu bilmədən etiraf etdi...

23.04.2025 / 20:16
Əli Əsədovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

23.04.2025 / 20:12
Azərbaycanla Çin Orta Dəhlizi Ermənistansız da yüksək səviyyədə işlədir...

23.04.2025 / 19:58
"Konstitusiya referendumunun hər 2 nəticəsi Ermənistana fəlakət gətirəcək" - İrəvanda yeni ideya...

23.04.2025 / 19:45
Çinin özündən sonra 2-ci ölkə Azərbaycandır - “Kəmər və yol”un klassik tərifini İlham Əliyev verdi...

23.04.2025 / 19:31
Paşinyan “genosidlə” bağlı diplomatik korpusa xüsusi tapşırıq verib...

23.04.2025 / 19:17
Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011