Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Belə ki, qonşu ölkənin imedinews.ge, interpressnews.ge, 24news.ge, aktual.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziya kanalında Azərbaycan Prezidentinin çıxışından xəbərlər yayıblar.
Materiallarda dövlətimizin başçısının Avropa Komissiyasının Gürcüstanın daxili prosesinə münasibətinin tamamilə qəbuledilməz olması barədə fikirləri qeyd edilir və bildirilir ki, bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstan dövlətinin daxili işlərini Brüsseldən olan bürokratlar yox, gürcü xalqı həll etməlidir.
Mətləb Salahov