İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

"Avropa komissiyası Cənubi Qafqazın öz - özünə " mühüm geosiyasi məkana çevrildiyini" düşünürsə, yanılır. Hər bir regionun coğrafi üstünlükləri var. Ancaq coğrafi üstünlüklər həmin regiona təbiətin, tanrının verdiyidir.Coğragi üstünlük geosiyasi üstünlüklərə məhz insan faktoru sayəsində çevrilir. Cənubi Qafqazın timsalında da belədir. Bu bölgənin təbii resurslarını, yerləşmə xüsusiyyətlərini mühüm geosiyasi məkana çevirən qüvvə var, lider var, lider ölkə var..."
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Avropa komissiyası bunu nəzərə almadan Mərkəzi Asiyanın resurslarını Cənubi Qafqazın üstündən Azərbaycanı görməzdən gələrək Avropaya daşımaq istəyir... Üstəlik, bunları əsasən Ermənistanın üzərindən həyata keçirməyə çalışır. Məsələn. Bu günlərdə Səmərqənddə Mərkəzi Asiya - Avropa 1- ci sammiti keçirildi. Sammitdə Avtokomissiyanın sədri Ursula fon der Layenin bir fikri diqqətləti çəkdi. Xanım dedi : "İnfrastrukturlar önəmli deyil. Əsas odur ki, Mərkəzi Asiya və Cənubi Qafqazın daxili sərhədlərini mümkün qədər sürətlə keçərək Qara dənizə çıxa bilək. Burada Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədlərinin açılması yeni mərhələ olacaq"..
Baxırsınız, vurğunu necə ustalıqla Ermənistanın üzərinə qoyur və Ermənistanı bölgənin nəqliyyat - tranzit mərkəzinə çevirmək istəyirlər. Düz adam olsaydılar, burada Azərbaycanın Zəngəzur dəhlizi də daxil Ermənistanla sərhədlərinin açılmasına vurğu etməli idilər...Ancaq yenə də özlərini dolaşdlrırlar. Azərbaycansız Ermənistan bölgədə necə tranzit məkan ola bilər? Mərkəzi Asiyadan gələn yüklər Azərbaycansız Ermənistana necə keçə bilər? Ambisiyalarından keçib Azərbaycanın imkanlarını görmək istəmirlər...
Ancaq prezident İlham Əliyev ADA- da sözünü ünvanlı dedi - Cənubi Qafqaz ölkələrini "sevimli - qeyri- sevimli ölkələrə" bölməyin! Avropa komissiyası bu bölgənin reallıqlarını, əsas qüvvəsini obyektiv görməlidir....
Mətləb