Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda "Xəzər küləyi-2025" təlimləri keçirəcək. Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib və razılaşdırıblar. Təlimlər Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçiriləcək. Gəmilər gəldikdən sonra təlim planı və xəritələrdə epizodların çəkilməsinin təfərrüatları dəqiqləşdiriləcək", - məlumatda deyilir.
“Təlimlər ölkələrimizin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş geniş spektrli vəzifələri əhatə edəcək”, - Kanat Niyazbəyov bildirib.
Mətləb Salahov