Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Mətləb Salahov