Alen Simonyan Ağdamda doğulmaqda qəbahət görmür

Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan öz Telegram kanalında hansısa bir “artsax”lının onun haqqında dediklərini şərh edərkən yazıb. Alen Simonyan qeyd edib: “Bu qarabağlı qoca deyir ki, mən Azərbaycanda – “Ağdam hərbi komissarlığının arxasındakı üçüncü evdə” doğulmuşam. Bu adam belə bir məlumat yaymaqla,fikirləşir ki,bununla məni təhqir edəcək, mənə qarşı nifrət toxumu səpəcək və ya hansısa fikir formalaşdıracaq. Ata tərəfdən köküm İrəvandan, ana tərəfdən Loridən olsa da, yuxarıda qeyd olunan və ya başqa yerdə doğulmağımda qəbahətli bir şey görmürəm. Və bu Qarabağ sakininin kim olduğu, ona bu mətni kimin verdiyi aydın deyil ki, o,bunun müqabilində pulu minlik əskinasla götürüb, yoxsa iki 5 minlik əskinasla? Belə adamlar bu gün də var, dünən də olub, sabah da olacaq. Məqsəd Ermənistan Respublikasını daxildən dağıtmağa, partlatmağa cəhddir. Lakin hamıya bir gözlə baxmayın.Sizin Qarabağda etdikləriniz Ermənistanda keçməyəcək”.
Surxay Əliyev