Mirzoyanla Rubinyan Antalya forumuna dəvət edildilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan Antalyada keçiriləcək diplomatik forumun iştirakçıları siyahısına daxil edilib.Bu barədə Sputnik Armeniya nəşri xəbər verib.Nəşr qeyd edir ki, Türkiyədə illik forum bu il aprelin 11-dən 13-dək keçiriləcək. Lakin nə Xarici İşlər Nazirliyi, nə də xüsusi nümayəndə hələlik tədbirdə iştirakını təsdiqləməyib. Xatırladaq ki, ötənilki forumda həm Mirzoyan, həm də Rubinyan iştirak etmişdi. Ermənistan Xarici İşlər Nazirliyinin departament rəhbəri Ararat Mirzoyanın Antalya Diplomatik Forumunda iştirakını təsdiqləyib.Bu barədə məlumatda deyilir:- “Aprelin 11-12-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak edəcək: “İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub”
Erməni nəşri qeyd edir ki,Antalyada keçiriləcək tədbir iştirakçılarının siyahısında Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın da adı var. Ötən ilki forumda həm Mirzoyan, həm də Rubinyan da iştirak etmişdilər.
Surxay Əliyev