Şənbə günü, 15 mart 2025
     

Ermənistanın “dollar bulağı” bağlanır...

Image

Mətləb Salahov: "Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb"
 
USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) deyilən qaragüruh təşkilat artıq bağlanmaq üzrədir. ABŞ-ın yeni prezidenti Donald Tramp daha çox xarici ölkələrdə daxili qarışıqlıq, hakimiyyət çevrilişləri və siyasi təxribatlar üzrə "ustalaşan" bu təşkilatın ömrünə son qoymaq istəyir. Çox güman ki, yeni rəhbərlik bu təşkilatın ilk əvvəl yeni ABŞ iqtidarının özü üçün də təhlükəli mahiyyət daşıdığına əmin olduğu üçün onun "fatihəsini vermək" qərarına gəlib. Büdcəsi 27 milyard dolları ötən bu təşkilat artıq öz sahibləri üçün də arzuolunmaz həddə çatıb. Artıq bu qurumun ləğvi istiqamətində ilk addımlar da atılmaqdadır.
 Bu təhlükəli təşkilat həm də dünyada yürütdüyü ikili siyasəti ilə də "məşhurdur". Daima Azərbaycan əleyhinə mənfi mövqeyi ilə seçilən bu təşkilat, bunun tam əksinə olaraq Ermənistana qarşı "yüksək səxavəti" ilə ad çıxarıb. USAİD-in Ermənistana yardımlarına nəzər yetirsək həm də Qərbin ikibaşlı siyasətinin açıq konturlarını sezə bilərik. Elə ondan başlayaq ki, USAİD 1992-ci ildən bəri Ermənistana əhəmiyyətli maliyyə yardımları göstərir. 2021-ci ilə qədər bu yardımların ümumi məbləği 3 milyard dollardan çox olub. 

Ötən ilin sentyabr ayında USAİD Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara çatdırıb.  Bu yardımların "əsas məqsədi" Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Maliyyə vəsaiti təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək. 

USAİD-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın "Xarici Hərbi Maliyyələşdirmə" proqramı ilə əlaqələndirilir. Bundan əlavə, USAİD Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayırıb. Vəsait LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlər üçün nəzərdə tutulub. USAİD Ermənistanı həm də cinsi azlıqlar "cənnətinə" çevriməyi də planlaşdırır. Görünür, hər nədə olsa Rusiya ilə mübarizədə bu məsələnin Nikol Vavayeviçin çox köməyinə gələ biləcəyini düşünürlər...

Jurnalist-ekspert Mətləb Salahov "Bakı-xəbər"ə açıqlamasında bəyan edib ki, USAID-in Cənubi Qafqaz ölkələrinə göstərdiyi yardımı müqayisə etsək, dərhal ikili standartlar siyasəti güzgü kimi qarşımızda canlanır. M.Salahovun bildirdiyinə görə, bu təşkilat son illər daha çox ermənipərəst mövqe sərgiləməyə, Azərbaycan əleyhinə daha şiddətli qara piar yürütməyə çalışırdı.
 "Buyurun, təkcə bir faktı qeyd edək. 44 günlük   böyük zəfərimizdən sonrakı üç ildə Xankəndini könüllü tərk edən ermənilərə Qərbin göstərdiyi dəstək 30 il ərzində etnik təmizləməyə məruz qalan bir milyondan çox qaçqın və köçkünümüzə göstərdiyi yardımdan çoxdur! Təsəvvür edirsiniz bu nə deməkdir? Bu USAİD-in simasında Qərb dairələrinin Cənubi Qafqazda Azərbaycana olan riyakar yanaşmasının açıq nümayişidir. Missiyası "Amerika xalqından dünyaya yardım" kimi bəyan edilən USAID-in ölkəmizə dəstəklə bağlı siyasəti də ikili standartların bariz nümunəsi sayıla bilər. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün formal belə olsa səy göstərməyib.
 Eyni zamanda, USAID 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Halbuki erməni faşistlərinin dinc azərbaycanlılara qarşı amansız qətliamı zamanı yurd-yuvasından didərgin düşən insanlara bu yardımların kiçicik hissəsi belə göstərilməmişdi.
 Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək üçün 50 milyon dollar kredit ayırıb. Bütün bunlar nə deməkdir? Açıq-aşkar USAİD daima Ermənistan üçün "dollar bulağı" funksiyası daşıyıb.
 Budur, artıq USAİD-in ləğvi barədə məlumatlar Ermənistanda ciddi panika yaradıb. "Hraparak" nəşri yazır ki, USAID-in fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir.   Erməni nəşri bu təşkilatların maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunmayacağını istisna etməyib və belə olan halda hakimiyyət ayrı-ayrı qeyri-hökumət təşkilatlarının maliyyə problemlərinin həllini öz üzərinə götürə bilər. Erməni nəşrinin yazdıqlarına baxaq: "USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir Amerika proqramlarından istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Panika hakimiyyət dairələrini də əhatə edib, çünki onlar başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu özləri oynamalıdırlar."
 Bir fakt açıq-aşkar ortadadır ki, USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra irəvana dönən ermənilərə "kömək etmək məqsədi" daşısa da, əslində ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün çapalayır. Co Bayden iqtidarı bu məsələdə USAİD-in maliyyə və informasiya təxribatı barədəki xidmətlərindən var gücü ilə yararlanmağa çalışırdı. Görünən odur ki, Ermənistan üçün qrant və "dollar bulağı" bir müddət bağlı olacaq. Əlbəttdə, yeni administrasiyaya yol tapana qədər."

Namiq Quliyev




VİDEO

SON XƏBƏRLƏR

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:03
Əhliman Əmiraslanov Qırğızıstan Joqorku Keneşinin komitə sədri ilə görüşdü - FOTO

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456