Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zaid Əl Nəhayyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.
Mətləb Salahov