Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verib. Tramp qeyd edib ki, "Netanyahuya dedim ki, "Türkiyə ilə problemin varsa, mən onu həll edə bilərəm. Çünki mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Amma sən də məntiqli olmalısan".Netanyahuya onu da dedim ki, israillilər Türkiyə ilə ola biləcək hər hansı problemi həll etmək üçün sağlam düşüncə ilə hərəkət etməlidirlər". "Mənim Ərdoğanla gözəl münasibətim var. Mən onu sevirəm, o,da məni sevir - və bu, medianı qəzəbləndirir ", - deyə Tramp vurğulayıib.
Ərdoğanın Suriyadakı rolundan danışan Tramp qeyd edib ki, "Ona (Ərdoğana) dedim: Təbrik edirəm, 2000 ildə heç kimin əldə edə bilmədiyi şeyə nail oldun. Suriyanı ələ keçirdin. O,isə "Xeyr, mən etmədim” dedi. Mən isə “Əlbəttə etdin, sən bunu etdin” dedim. "Ərdoğan çox güclü insandır və heç kimin edə bilmədiyi bir şey etdi. O, həqiqətən çox ağıllıdır ", - deyə Tramp yekunlaşdırıb.
Surxay Əliyev