Tramp Iranla “çox böyük görüş” elan etdi

Tramp ABŞ-ın İranla nüvə məsələsi ilə bağlı birbaşa danışıqlar aparacağını deyib və görüşün şənbə gününə planlaşdırıldığını bildirib, bu barədə The Hill yazır. "Biz İranla birbaşa danışıqlar aparırıq və onlar buna başlayıblar, şənbə günü, çox böyük bir görüş olacaq. Biz nə baş verəcəyini görəcəyik, hamı razılaşır ki, razılaşma əldə etmək aşkar olanı etməkdən daha yaxşıdır", - deyə Tramp İranın nüvə obyektlərinə qarşı hərbi güc tətbiq etmək təhdidlərinə toxunaraq deyib.
Surxay Əliyev