Cümə günü, 11 aprel 2025
     

Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Image

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə təqdir edilir. Enerji amili dövlətimizin iqtisadi siyasətində prioritetdir. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Ötən il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından bu günədək enerji diplomatiyasının uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbiri göz önünə gəlir. Bu iqlim konfransı ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, yeni hədəflərə nail olmaq üçün səylə çalışdığını bir daha təsdiqlədi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi.

Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Bu tədbir, eyni zamanda, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə edərək etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarının mütəmadi olaraq keçirilməsi layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bu reallığı da diqqətə çatdırdı. Bildirdi ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Onları genişləndirməliyik.

Milli Məclisin deputatı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən ötən 31 ilə yaxın dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək Ulu Öndər Heydər Əliyevin bu çağırışının reallıqda öz əksini tapdığını görərik. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi çoxlarına əfsanə kimi görünsə də iştirakçı ölkələrin-Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi, qətiyyəti sayəsində gerçəkləşdi, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. Artıq zaman keçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət yarandı. Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Layihənin uğurla reallaşması Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini gücləndirib, region ölkələri arasında əməkdaşlığı dərinləşdirib və ölkəmizin Avropanın enerji təchizatında etibarlı mənbəyə çevrilməsinə gətirib çıxarıb. Həqiqətən Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatıdır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirdiyi fikirlər də dünənimiz və bugünümüz haqqında aydın təsəvvür yaratmaqla perspektivlərin təqdimatında öz sözünü dedi. “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Millət vəkili hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycanın enerji sektorunda qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edib ki, Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması da bunun təsdiqidir.



VİDEO

SON XƏBƏRLƏR

11.04.2025 / 18:34
Dövlət orqanlarının səlahiyyətlərində dəyişikliklər dövlət quruculuğunda vacib addımlardır...

11.04.2025 / 18:20
Türk Dövlətləri Təşkilatı “Yeni düzən” prosesində gecikə bilər...

11.04.2025 / 18:05
Şagird məktəbə bıçaqla gəlirsə, mütləq cinayət törədəcək - Ağstafa olayı...

11.04.2025 / 18:03
"Azərbaycan Suriyanın bərpa prosesində iştirak etməyə hazırdır" - Prezident İlham Əliyev

11.04.2025 / 17:51
Ermənistan Cənubi Qafqazın ümumi inteqrasiyasını azı 30 il geri saldı...

11.04.2025 / 17:37
Vətəndaşın bank kartındakı vəsait hansı hallarda sığortalana bilər?

11.04.2025 / 17:34
ABŞ-Azərbaycan münasibətlərində “böhran dövrü” - Buşla Trampın arasında nə baş verdi?...

11.04.2025 / 17:20
Əli Nur - Mehriban qarşıdurmasına Mədəniyyət Nazirliyi necə müdaxilə edəcək…

11.04.2025 / 17:07
Azərbaycanın yeni strategiyası - Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi bir araya gətirmək...

11.04.2025 / 16:52
"Ermənilər evlərimizi talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar" - Zərərçəkmiş Xankəndi sakini

11.04.2025 / 16:31
Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan həqiqətləri barədə müzakirələr aparılıb

11.04.2025 / 16:25
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Antalya Diplomatik Forumu”nun açılış mərasimində iştirak ediblər

11.04.2025 / 16:10
"Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər" - Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş

11.04.2025 / 16:06
"Dünyada cəmi 2 lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev" - Şamil Ayrım

11.04.2025 / 15:48
Prezident İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO/YENİLƏNDİ

11.04.2025 / 15:38
Tanınmış idman ustası növbəti qızıl medalla Vətənə döndü

11.04.2025 / 15:37
Ersin Tatar sentyabrda Azərbaycana səfər edəcək

11.04.2025 / 15:27
"Forumda ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin əhəmiyyəti vurğulandı" - Halil Korkmaz

11.04.2025 / 15:11
"Köçəryan azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri idi" - Xankəndidən olan zərərçəkmiş

11.04.2025 / 14:51
Gədəbəydə gəlin qaynatası və baldızı tərəfindən döyüldü

11.04.2025 / 14:44
Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşdü

11.04.2025 / 14:33
Blogger Rəfael Piriyev də Baş Prokurorluğa çağırıldı

11.04.2025 / 14:18
Daha 20 ailə Ağdərənin Həsənriz kəndinə köçdü

11.04.2025 / 14:11
Milyonlarla ixrac pulu prokurorluğun müdaxiləsi ilə ölkəyə qaytarıldı

11.04.2025 / 14:04
2025-ci ilin 3 ayı ərzində müharibə iştirakçılarına 63 mindən çox tibbi xidmət göstərilib

11.04.2025 / 13:55
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

11.04.2025 / 13:41
Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

11.04.2025 / 13:36
Qubadlıda insan sümüyünə bənzər qalıqlar aşkarlandı

11.04.2025 / 13:24
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

11.04.2025 / 13:11
Академик Г. Погосян: "У армян не было государственности" - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.04.2025 / 12:37
Antalyada Prezident İlham Əliyevin Ərdoğanla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

11.04.2025 / 12:10
Fala baxmaq adı ilə dələduzluq edən qadınlar saxlanılıb

11.04.2025 / 12:00
Şirvan şəhərində yazıçı ilə görüş keçirilib

11.04.2025 / 11:52
İmaməddin Əlimanov Baş Prokurorluğa çağırıldı

11.04.2025 / 11:41
ABŞ-ın Ukraynadakı səfiri Trampın siyasətinə görə istefa verdi

11.04.2025 / 11:37
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11.04.2025 / 11:30
"Fransa buna hazırdır və Avropa da hazır olmalıdır" - Makron Avropanı Trampa qarşı qızışdırır

11.04.2025 / 11:22
"Futbolumuzun hazırkı durumu ürəkaçan deyil" - AFFA-dan etiraf

11.04.2025 / 11:19
“Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları” mövzusunda ümuminstitut seminarı keçirilib

11.04.2025 / 11:12
Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur

11.04.2025 / 11:06
Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

11.04.2025 / 11:00
ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb

11.04.2025 / 10:51
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb - YENİLƏNİB

11.04.2025 / 10:45
Tramp: HƏMAS-la danışıqlarda irəliləyiş var

11.04.2025 / 10:35
Britaniya və Norveçdən Ukraynaya 580 milyon dollarlıq JEST

11.04.2025 / 10:24
Bir gündə bank kartlarından 25 min manata yaxın pul oğurlanıb - DİN xəbərdarlıq etdi!

11.04.2025 / 10:17
"Qarabağ" bu gün "Səbail"lə qarşılaşacaq

11.04.2025 / 10:06
"Ömrümüz yollarda hədər gedir” - müğənni tıxaclardan gileylənir...

11.04.2025 / 10:06
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri seçildi...

11.04.2025 / 10:00
Kamala Harris yenə seçkilərə hazırlaşır- bu dəfə qubernator olmaq üçün...

11.04.2025 / 09:39
Misir Qəzzayla bağlı "qırmızı xətt"ini açıqladı

11.04.2025 / 09:27
“İsrail Suriyada türk bazalarının yaradılmasına imkan verməyəcək”

11.04.2025 / 09:24
Zaqatalada "Jiquli" 44 yaşlı piyadanı vurub

11.04.2025 / 09:16
Bu gün IV Antalya Diplomatiya Forumu işə başlayır

11.04.2025 / 09:10
Mövqelərimiz atəşə tutulub, ordumuz cavab tədbirləri görüb - TƏCİLİ

11.04.2025 / 09:06
"Mançester Yunayted" və "Tottenhem"dən heç-heçə - Avropa Liqası

11.04.2025 / 09:01
Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər vəfat edib

11.04.2025 / 08:48
Xətaidəki 257 saylı məktəbin həyətindəki şəxsi ev kimindir...

11.04.2025 / 00:58
Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

11.04.2025 / 00:04
İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

10.04.2025 / 23:18
Tərtər sakinini aldadıb kartındakı 15 mindən çox pulunu oğurladılar - DİN-dən növbəti XƏBƏRDARLIQ...

10.04.2025 / 22:35
"Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var" - Elçin Əmirbəyov

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

Dövlət orqanlarının səlahiyyətlərində dəyişikliklər dövlət quruculuğunda vacib addımlardır...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011