Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Nyu-Yorkda Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib

Image

Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır. O, 2020-ci ilin 10 noyabr tarixindən indiyədək mina qurbanlarının sayının 388-ə çatdığını və xəsarət alanların əksəriyyətinin mülki şəxslər olduğunu deyib.

“Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır”, - deyə səfir bildirib.

Daha sonra Azərbaycanda mina fəaliyyətləri və yenidənqurma işlərinə dair videoçarx nümayiş olunub.

Ardınca çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və Birləşmiş Millətlər Təşkilatı da bu problemin olduğunu təsdiqləyib. O, minaların təsirlərinin bir neçə il, bəlkə də onilliklər sonra da hiss olunacağını qeyd edib. Fərid Şəfiyev mina ilə bağlı statistikanın Azərbaycanda demək olar ki, hər gün dəyişdiyini vurğulayıb: “Azərbaycan ərazisində təxminən 1,5 milyona yaxın mina basdırılıb. Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib”, - deyə BMTM-in sədri bildirib. Fərid Şəfiyev əlavə edib ki, Ermənistanın təqdim etdiyi xəritələr təxminən 25 faiz dəqiqliyə malikdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov çıxışı zamanı qeyd olunan statistikaların arxasında həm də insan həyatı, şəxsi və ailə faciəsinin dayandığını bildirib. Onun sözlərinə görə, bu hərəkətlər təkcə müharibə cinayəti deyil, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

O bildirib ki, hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da Ermənistan Azərbaycan ərazisi daxilində və yeni minalar yerləşdirməyə davam edib. BMT İnkişaf Proqramının (UNDP) Böhrana Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah Azərbaycanla mina təmizlənməsi sahəsində əməkdaşlığın 1998-ci ildən başladığını bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum ANAMA-nın yaradılmasını dəstəkləyib və bu əməkdaşlıq mina və partlamamış hərbi sursatlar probleminin həllində mühüm rol oynayıb. UNDP rəsmisi 2020-ci ildən əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan vasitəsilə birgə missiya həyata keçirdiklərini əlavə edib.

Marşal İrs Fondunun icraçı direktoru Elis Bekker bu il Azərbaycan torpaqlarında minaların təmizlənməsi sahəsində tərəfdaşlığın 20 illiyinin qeyd olunduğunu deyib. O bu çərçivədə Azərbaycana 90 minaaxtaran it ianə edildiyini vurğulayıb. O, bu əməkdaşlıqdan çox məmnun olduqlarını dilə gətirib. Daha sonra BMT yanında daimi nümayəndəliklərin və təşkilatların rəsmiləri çıxış edib, minatəmizləmə ilə bağlı fikirlərini bölüşüblər.

Mətləb



VİDEO

SON XƏBƏRLƏR

08.04.2025 / 13:36
Bir gündə vətəndaşların bank kartlarından 66 min manat oğurlandı - DİN-dən çağırış etdi...

08.04.2025 / 13:35
Tramp mifi əriyir...

08.04.2025 / 13:06
Tramp bunu da etdi: - Ad günündə hərbi parad keşirəcək

08.04.2025 / 13:02
"ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq" - Hafiz Paşayev

08.04.2025 / 12:58
Yeni xəttin istismara verilməsi işləri davam etdirilir

08.04.2025 / 12:54
Çin Trampa təslim olmaq fikrində deyil

08.04.2025 / 12:53
Netanyahu Vaşinqtonda da Qəzzalıların köçürülməsindən danışdı

08.04.2025 / 12:44
Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edildi

08.04.2025 / 12:05
Maşınını səkidə saxlayanlara XƏBƏRDARLIQ - 60 manat və 2 bal CƏRİMƏ...

08.04.2025 / 11:38
Hökumətə qarşı minlərlə israilli etiraza qalxdı

08.04.2025 / 11:33
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

08.04.2025 / 11:30
Hakan Fidan İsraili məsuliyyətli olmağa çağırdı

08.04.2025 / 11:23
Bu gündən Bakıdakı bağçalarda yerdəyişməsi müsabiqəsi başlayır

08.04.2025 / 11:18
Trampın tarif siyasəti Maskı da vurdu

08.04.2025 / 11:08
62 yaşında qayadan yıxılıb öldü...

08.04.2025 / 11:01
Tramp ABŞ ordusuna 1 trilyon dollar ayırdı

08.04.2025 / 10:36
"Real" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı

08.04.2025 / 10:26
Tariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

08.04.2025 / 10:20
Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

08.04.2025 / 10:18
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub

08.04.2025 / 10:12
"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

08.04.2025 / 10:06
Tramp Iranla “çox böyük görüş” elan etdi

08.04.2025 / 10:00
Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

08.04.2025 / 10:00
“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

08.04.2025 / 09:33
Yas yerində evin eyvanı uçub - 5 nəfər xəsarət alıb

08.04.2025 / 09:31
Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

08.04.2025 / 09:27
Dmitriyevin atası Ukraynada yaşayır

08.04.2025 / 09:23
Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

08.04.2025 / 09:21
Ağ Evdə ÇAT - Mask Trampa qarşı

08.04.2025 / 09:11
Borclu olanların ölkədən çıxışı barədə yeni qayda hazırlanır

08.04.2025 / 09:06
Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

08.04.2025 / 09:00
ABŞ Ali Məhkəməsi Trampa dəstək çıxdı

08.04.2025 / 08:49
Bu gecə Kəlbəcərdə zəlzələ olub

08.04.2025 / 08:38
Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011