Tramp administrasiyası III Dünya Müharibəsinin qarşısını aldı?

Bu barədə Kirill Dmitriyev Fox News telekanalına müsahibəsində danışıb:- Sitat-"Biz yaxşı müzakirələr aparırıq. Diplomatlarımız da mümkün nəticələri müzakirə edirlər. Lakin şübhəsiz ki, prezident Trampın komandası nəinki III Dünya Müharibəsinin qarşısını aldı, həm də Ukraynadakı vəziyyətin həllində artıq əhəmiyyətli irəliləyiş əldə edib", - sitatın sonu. Bundan əvvəl Dmitriyev bir sıra KİV-lərə ABŞ prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə Moskva və Vaşinqton arasında dialoqun bərpasını müzakirə etdiyini bildirib. “Bilirsiniz, əslində, son iki gündür ki, mən prezident Putinin adından burada Vaşinqtonda Tramp administrasiyasının əsas üzvləri ilə görüşlər keçirirəm”,- Bu barədə o, Vaşinqtonda kiçik bir müxbir qrupuna danışıb.
"Əsas mövzulardan biri, əlbəttə ki, Rusiya-Amerika münasibətlərinin bərpası, dialoqun bərpası, Bayden administrasiyası dövründə tamamilə dayandırılmış və kəsilmiş dialoqdur" deyə Dmitriyev vurğilayıb. RDIF rəhbəri həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın mövqeyini eşidir və onun narahatlığını anlayır." Təbii ki, onlar geosiyasi məsələlərin həllinə sadiqdirlər, bir çox məsələlərdə Rusiyanın mövqeyini eşidirlər", - deyə Dmitriyev yekunlaşdırıb.
Surxay Əliyev