Ermənistanın sabiq prezidenti istintaq altında

Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş üzrə ilkin istintaq davam edir. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Lakin sabiq prezidentin istintaqı barədə əlavə məlumat verilməyib. Daha əvvəl işin Milli Təhlükəsizlik Xidmətindən İstintaq Komitəsinə ötürüldüyü məlum olmuşdu.
Xatırladaq ki, Armen Sarkisyan 2018-2022-ci illərdə Ermənistanın prezidenti olub. 2022-ci ilin yanvarında o, istefa verib və ölkədəki siyasi proseslərə təsir etmək üçün kifayət qədər səlahiyyətlərinin olmadığını bildirib.
Mətləb