Tiqran Abramyan: İrana hər hansı təzyiq Ermənistan üçün təhdid deməkdir

İrana təzyiq - ən azı informasiya vasitəsilə - kəskin şəkildə artır. Və bütün bunlar ABŞ-ın İrana razılaşma təklif etdiyi və onun imtina edəcəyi təqdirdə müharibə ilə hədələdiyi bəyanatların fonunda baş verir.Bu barədə Ermənistan parlamentinin müxalif “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Ermənistanın “Verel” nəşrində yazıb. Deputat qeyd edir ki,mən İrandakı daxili motivləri və vəziyyəti dərindən təhlil etməyə iddia etmirəm - xüsusən də bu sahədə mütəxəssis olmadığım üçün. Lakin adi gözlə belə aydın görünür ki, hakimiyyətə gələn andan ABŞ prezidenti Tramp regionumuzda ciddi partlayışa səbəb ola biləcək sərt anti-İran mövqe sərgiləyən ictimai bəyanatlar verir və müvafiq addımlar atır.Mən bir daha xatırlatmaq istərdim ki, İrana vurulan istənilən zərbə - istər iqtisadi baxımdan,istərsə də birbaşa təhlükəsizliklə bağlı zərbə - bu Ermənistana və onun ətraf mühitinə vurulan zərbə qədər çoxtərəfli təsir göstərəcək və bu ölkəmiz üzərindən müxtəlif təhdidlərin həyata keçirilməsini sürətləndirəcək.
Surxay Əliyev