Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtini açıqladı

İrəvanla sülh müqaviləsi imzalamaq üçün Ermənistan Bakının iki əsas şərtini yerinə yetirməlidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya lideri Frank-Valter Ştaynmayerlə görüşündən sonra deyib. Onun sözlərinə görə, ilk növbədə, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. İkinci şərt Ermənistan Konstitusiyasına aiddir. "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb və bu17 bənddən ibarətdir. Azərbaycan burada heç bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistana məlumdur, onlar yeni deyil. Biz bu şərtləri çoxdan irəli sürürdük. Lakin Ermənistandan hələ də ciddi cavab almamışıq. Bu nədir? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci şərt Ermənistan Konstitusiyasına aiddir. Ermənistan Konstitusiyasında Ermənistanın Müstəqillik Aktına istinad var. Bu akt isə Konstitusiyanın tərkib hissəsidir. Orda belə bir müddəa var ki, Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşib və bu, bizə açıq ərazi iddiası kimi qiymətləndirilməlidir. Ona görə də bu müddəanın Ermənistan Konstitusiyasından çıxarılması bizim qanuni tələbimizdir. Bu iki şərt yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq. Necə deyərlər, top Ermənistanın meydanındadır. Əgər Ermənistan həqiqətən də sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki hüquqi şərtini qəbul etməlidir”-deyə Azərbaycan prezidenti yekunlaşdırıb.
Surxay Əliyev