Səməd Seyidovun “populist” sözü Xandanyanın canına yağ kimi yayıldı

Azərbaycan Milli Məclisinin Xarici əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Mülki müqavilə”nin üzvü, Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri Sərkis Xandanyanın komissiyaların birgə iclasının keçirilməsi təklifini rədd edib. “Azərbaycanlı həmkarım sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş keçirmək təklifimi açıq şəkildə rədd edərək, məni “populist” adlandırdı. Əgər sülhün müdafiəsi populizmdirsə, o zaman mən bu etiketi qürurla qəbul edirəm. Təklifim hələ də qüvvədədir. Mən regionumuzda sülh və sabitlik naminə yorulmadan çalışaraq parlamentlərarası səviyyədə etimad yaradılması tədbirlərinə qoşulmağa hazıram”, - deyə Xandanyan X hesabında yazıb.
Surxay Əliyev