Ömər Çelik: İfadə azadlığı sionist senzurasının qurbanı oldu

Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Harvard rəhbərliyini antisemitizmlə mübarizə bəhanəsi ilə ifadə azadlığını boğmaqda ittiham edib. O, bəyanat yayaraq Harvard Universiteti rəhbərliyinin Yaxın Şərq Araşdırmaları Mərkəzi (CMES) ilə bağlı qərarını kəskin şəkildə pisləyib. Çelik hesab edir ki,"Yaxın Şərq Araşdırmaları Mərkəzində elmi işi antisemit adlandırmaq elmi düşüncəyə açıq hücumdur".Onun sözlərinə görə, bu gün bütün dünyada universitetlər və akademik düşüncələr sionist təcavüzünün hədəfinə çevrilir.Artıq İsrailin baş naziri Netanyahu və onun ətrafının siyasətinin tənqidi ibu gün avtomatik olaraq antisemitizm elan edilir. "Bu, sionizmin bütün dünyada ifadə azadlığını əsarət altına almaq cəhdindən başqa bir şey deyil"-deyə Çelik bildirib.AKP təmsilçisi xatırladıb ki, CMES Mərkəzinin direktoru professor Cemal Kafadar və müavini Rozi Bşeer antisemitizm bəhanəsi ilə vəzifələrindən uzaqlaşdırılıb. Çelik bunu “bütün dünyada elmi fikri sionistləşdirməyə” cəhd edənlərin təcavüzünün yeni təzahürü adlandırıb. "Sionizm nifrət və əsl antisemitizm siyasətidir. Sionizmə tabe olan universitetlər sivilizasiyanın bütün nailiyyətlərini məhv edir", - deyə Çelik vurğulayıb.
Qeyd edək ki,Harvard Universiteti ətrafında qalmaqal anti-İsrail qərəzli ittihamlarının fonunda yaranıb. The New York Times qeyd etdiyi kimi, Yaxın Şərq Araşdırmaları Mərkəzinin iki aparıcı üzvü departamentin İsraili sistematik tənqid etməkdə ittiham edilməsindən sonra istefalarını elan ediblər. Maraqlıdır ki,Mərkəz təkcə universitet rəhbərliyinin deyil, eyni zamanda ABŞ prezidenti Donald Trampın da təzyiqinə məruz qalıb.
Surxay Əliyev