Çərşənbə axşamı günü, 1 aprel 2025
     

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO/YENİLƏNİB

Image

Martın 29-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-nin yaradıldıqdan qısa müddət sonra 7 müstəmləkə altında olan ərazi ilə sıx əməkdaşlıq qurduğunu, hazırda həmin ərazilərin sayının 15-ə bərabər olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, BTQ iki ildən az müddətdə 20-dən çox beynəlxalq konfrans keçirib: “Bugünkü konfrans sayca 25-cidir. Bu, bizim dekolonizasiyaya verdiyimiz mühüm töhfədir. Biz artıq beyin mərkəzi kimi fəaliyyət göstəririk. Bu baxımdan müstəmləkə altında olan ərazilərdə törədilən hadisələr, kolonializmin fəsadları ilə bağlı statistikalar əldə edir və təhlil edirik. Bununla bağlı 10-dan çox hesabat hazırlayıb nəşr etdik və beynəlxalq təşkilatlara təqdim etdik. Həmçinin iki kitab nəşr olunub. Görünən odur ki, kolonializm həmin ərazilərə sosial, səhiyyə, ətraf mühit baxımından da zərər vurur. COP29 zamanı bununla bağlı 6 beynəlxalq tədbir keçirdik və müstəmləkələrdə ətraf mühitlə bağlı problemləri dünya ictimaiyyətinə çatdırdıq”.

Çıxışında assimilyasiyanın kütləvi qırğın silahı olduğunu qeyd edən Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep afrikalıların əsrlər boyu buna məruz qaldığını vurğulayıb. "Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir. Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”, - deyə Qvadelupa nümayəndəsi bildirib.

Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer isə Bakı Təşəbbüs Qrupunun kolonializmlə mübarizədə nümunəvi şəkildə dəstək göstərdiyini deyib. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi fikirlərinə belə davam edib: “Bizim azadlıq mübarizəmiz başlayıb və müstəmləkədən azadlığa nail olana kimi davam edəcək. Fəaliyyətimizdə nailiyyətlər əldə etmişik ki, bu da düşmənə qarşı mübarizə aparmağa imkan verəcək. Bizim xalqlarımız birgə qətiyyətlə mübarizə aparır. Mübarizəmizin beynəlxalq səviyyəyə çatdırılması vacibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdaşımız ola bilər. Burada Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bizə dəstək göstərir. Kolonializmdən əziyyət çəkən ərazilərin sakinləri ədalət üçün vuruşur, çiçəklənmək, azad olmaq istəyirlər. BMT bir sıra qətnamələrlə üzv dövlətlərə müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasına çağırış edib. Biz bütün ölkə və beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə şahid olmağa dəvət edirik. BTQ-nin fəaliyyəti örnək olmalıdır.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi insanlığın tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır.

Dominantlığı qorumaq istəyən dövlətlər insanlığın nifrətini qazanır. Biz beynəlxalq səviyyədə mediasiyaya başlamalıyıq. Burada BMT-nin dəstəyinə güvənə bilərik. Təşkilatın Dekolonizasiya Komitəsi bizə dəstək göstərməlidir. Suverenliyə nail olanda hüquqi və siyasi imkanlar formalaşacaq. Biz daha ədalətli dünya üçün müstəmləkəçiliyin hər bir formasına qarşı birgə mübarizə aparmalıyıq”.

Tədbir sessiyalarla davam edib.

"Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət", "Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi", "Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru", "Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması", "BMT-nin yerli xalqların hüquqları bəyannaməsi" mövzularında keçirilən sessiyalarda kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilinin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə edilib.

Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep ilə BTQ-nin icraçı direktoru Abbas Abbasov imzalayıblar.

Bununla yanaşı, beynəlxalq konfrans çərçivəsində sərgi açılıb. Sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa Prezidenti Emmanuel Makronun karikaturaları yer alıb. Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.

Beynəlxalq konfrans çərçivəsində Kanakidə qanunsuz həbs edilmiş insanlara həsr olunmuş fləş-mob da keçirilib.

Sonda siyasi məhbus Kristian Teynin şəkli olan köynək BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəqillik hərəkatların liderləri və nümayəndələri tərəfindən imzalanaraq siyasi məhbuslara həmrəylik nümayiş etdirilib.

ZÜMRÜD



VİDEO

SON XƏBƏRLƏR

01.04.2025 / 23:04
İsraildə siyasi böhran dərinləşir - Netanyahu "Şin Bet"ə rəhbər təyinatı qərarını ləğv etdi

01.04.2025 / 22:15
Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürdü

01.04.2025 / 21:39
Tramp: - “Misir prezidenti ilə “çox yaxşı” telefon danışığımız oldu”

01.04.2025 / 21:38
Almaniya Prezidenti Bakıya gəldi - FOTO

01.04.2025 / 21:32
Ermənistan Rusiyadan birdəfəlik qopdu, Moskva yeni hərəkətə keçdi...

01.04.2025 / 21:17
İlon Mask Azərbaycanda hər kəsdən 700 manat qazanmaq istəyir - ekspertlər nə deyir?..

01.04.2025 / 21:16
İraqın baş naziri Sudani: - “İrana qarşı təhdidləri rədd edirik”

01.04.2025 / 21:04
İlham Əliyevin çıxışına ermənilərin belə reaksiyası səbəbsiz deyil - hədəf dəqiqdir...

01.04.2025 / 20:50
Makron 2 il sonrakı ən güclü rəqibini zorla siyasətdən kənarlaşdırdı...

01.04.2025 / 20:37
Mədəniyyət Nazirliyi Bakıda "məmur atasının" zəbt etdiyi deyilən tarixi binaya sahib çıxmır...

01.04.2025 / 20:25
Avroittifaqın missiyası ilə bağlı Ermənistanın başqa niyyətləri var...

01.04.2025 / 20:17
Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub - FOTO

01.04.2025 / 20:15
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri İlham Əliyevi təbrik etdi

01.04.2025 / 20:14
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

01.04.2025 / 20:12
Tokayev Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik etdi

01.04.2025 / 20:11
İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib

01.04.2025 / 20:11
Tramp Putindən də, Zelenskidən də istədiklərini ala bilmədi...

01.04.2025 / 20:10
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik etdi

01.04.2025 / 20:07
Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

01.04.2025 / 19:58
Paşinyan "Qarabağ hərəkatını" əzdi - "biz onu davam etdirməməliyik"...

01.04.2025 / 19:44
Makron Fransada demokratiyadan diktaturaya keçdi...

01.04.2025 / 19:43
Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə - FOTO

01.04.2025 / 19:30
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - Meyitləri çıxaranda yaralandım

01.04.2025 / 19:28
Paşinyan 2 ən iri şəhərdə seçkini uduzdu...

01.04.2025 / 19:17
Ermənilər öz kölgələrindən belə qorxurlar: “Azərbaycan hücum üçün zəmin hazırlayır”

01.04.2025 / 19:03
Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik etdi

01.04.2025 / 18:53
“Himnimizi Əhməd Cavad yazmayıb” - kitab yazdı və sübut etdi... - FOTO

01.04.2025 / 18:39
2023-dən bir sıra vergilərdən azad edilmiş bölgələrdə hansı nəticələr var...

01.04.2025 / 18:33
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

01.04.2025 / 18:25
Taksi sürücüləri Bakıda etiraza qalxır - ora 100, bura 50...

01.04.2025 / 18:23
İƏT-in Baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb

01.04.2025 / 18:20
Qvineya-Bisau Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

01.04.2025 / 18:18
Maldiv Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

01.04.2025 / 18:12
İcra Hakimiyyətinin 1.7 milyon manat vergi borcu necə yaranıb?..

01.04.2025 / 17:58
“Mən çoban, indi oturmuşam, qarşımda alimləri özümçün işlədirəm” - iş adamı alimləri aşağıladı...

01.04.2025 / 17:50
“Sberbank”ın prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

01.04.2025 / 17:48
Rəşid Temrezov Prezident İlham Əliyevi təbrik etdi

01.04.2025 / 17:45
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

01.04.2025 / 17:45
"Daşnaksütyun" Almaniyanın İlham Əliyevdən üzr istəməsindən qəzəblənib

01.04.2025 / 17:37
İmamoğlunun sosial media hesablarını da bağlayırlar...

01.04.2025 / 17:30
Almaniya prezidenti Paşinyanın bu siyasətinə “çox konstruktiv” qiymətini verdi...

01.04.2025 / 17:25
Kim şəhid hesab olunur?

01.04.2025 / 17:17
Ermənistanda yerlilərlə Qarabağdan gəlmələrın qarşıdurması son həddə çatdı - "bu pula kirayə ev tapmaq olar?!"

01.04.2025 / 17:04
Antalya turizminin tacı - Belek...

01.04.2025 / 16:49
Kartdan karta pul köçürmək ləğv olunacaq?..

01.04.2025 / 16:43
Babanın Vətənə sevgi borcu...

01.04.2025 / 16:30
Müəllimləri təhqir edən direktor işdən çıxarıldı

01.04.2025 / 16:29
“Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb

01.04.2025 / 16:16
"Gənc Qazilər" İctimai Birliyinin sədri saxlandı

01.04.2025 / 15:50
“Qətərgeit” qalmaqalı: Netanyahu şahid kimi ifadə verdi

01.04.2025 / 15:37
İran Dieqo Qarsiyadakı ABŞ-Britaniya birgə aviabazasına hücum planı hazırlayır...

01.04.2025 / 15:26
“E-polis”dən növbəti yenilik - artıq dövlət rüsumlarını da burada ödəmək mümkündür...

01.04.2025 / 15:10
Rusiya milyarderlərinin sərvəti 3 ayda 11,572 milyard dollar artıb...

01.04.2025 / 14:55
Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlandı

01.04.2025 / 14:06
Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi

01.04.2025 / 13:50
İran Prezidenti Azərbaycana gəlir...

01.04.2025 / 13:37
Salyanda narkotik satan şəxs həbs edildi

01.04.2025 / 13:20
Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə məktubu göndərib

01.04.2025 / 13:18
İƏT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

01.04.2025 / 13:16
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

01.04.2025 / 13:15
Prezident Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon manat ayırdı

01.04.2025 / 13:14
Prezident gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzaladı

01.04.2025 / 13:10
Ара Абрамян, тебе пора поумнеть - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.04.2025 / 13:01
Bu şəxslərə birdəfəlik müavinət ödəniləcək

01.04.2025 / 12:35
Paytaxtda oğurluq edən şəxslər saxlandı

01.04.2025 / 12:20
Sülh sazişindən dəm vuran Ermənistan 100 minlik ordu qurmağı hədəflədi

01.04.2025 / 12:16
“Nəqliyyat haqqında” Qanun - yeni güzəştlər hansılardır?

01.04.2025 / 12:06
Ulduz basketbolçunun imzası olan ticarət kartı 1 milyon dollara satılıb

01.04.2025 / 12:00
Gömrükdə saxlanılan mallar 50 % endirimlə hərraca çıxarılacaq - AÇIQLAMA

01.04.2025 / 11:50
Tramp İranı və Husiləri hədələdi: “Onlar hələ əsl ağrını dadmadılar”

01.04.2025 / 11:31
Prezident İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib - YENİLƏNİB

01.04.2025 / 11:17
"Maaşımı azaldın, təki "Bavariya"da qalım..."

01.04.2025 / 11:07
"Makron Fransada despot rejim yaradıb"

01.04.2025 / 11:07
Türkiyə mediası Azərbaycanda ermənilərin törətdiyi soyqırımı barədə yazır

01.04.2025 / 11:04
Milli Məclis plenar iclas keçirir

01.04.2025 / 11:03
Tramp Putini də, Zelenskini də hədələdi. Gerçəklər nədir? - CANLI

01.04.2025 / 11:02
Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub

01.04.2025 / 10:30
Ərdoğanın partiyası Makronu "topa tutdu"

01.04.2025 / 10:23
"Onlara məsləhət görmüşəm ki..." - Emin oğlanlarının peşə seçimindən danışdı

01.04.2025 / 10:20
5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı

01.04.2025 / 10:17
Bakı-Naxçıvan aviareysində gecikmə olub

2023-dən bir sıra vergilərdən azad edilmiş bölgələrdə hansı nəticələr var...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011