Makron Avropanın işlərini "dəstələyib əlinə almaq" üzrədir.. ABŞ - Ukrayna "torpaq sazişi" pozula bilər, Fransa yeni iddiadadır....

"Dərə xəlvət, tülkü bəy....
30 Avropa dövlətinin təmsilçiləri Makronun təşəbbüsü ilə Parisdə sammitə toplaşaraq Ukrayna barədə qərar verdilər. "Arzuedənlər koalisiyası" adlandırılan dövlətlər Ukraynaya yeni qüvvələr göndərilməsini razılaşdıra bildilər. Həm də bu qüvvələr rəsmən sülhyaratma qüvvələri yox, Rusiyanın qarşısını alan qüvvələr adlandırıldı." Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bundan əlavə, Ukrayna ordusunun yenidən qurulması üçün birgə Fransa - Britaniya ekspertlər qrupunun yaradılması da qərara alınıb. Maraqlı odur ki, Ukrayna ətrafında yeni fəallaşma ABŞ - sız baş verir və əsasən Fransa prezidenti Makronun "patronluğu "altında gedir...
Makron çox əlverişli mühitə düşür.. Britaniyanın Baş naziri Starmer Ukraynaya kömək məsələsində nəzərəçarpan fəallıq göstərsə də, onun ölkəsi Avropa birliyindən çıxıb. Avropa birliyinin ən böyük iqtisadiyyatı sayılan Almaniya çətin hakimiyyət dəyişikliyi dövrünü yaşayır. Kansler Şolts Avropada hakim mövqe tutmaqda Makronun qarşısında ciddi rəqib kimi rolunu itirdi. Almaniyanın yeni kansleri Merçin isə hələ kansler kimi rəsmi fəaliyyətə başlaması elan olunmayıb. Bu şəraitdə Makron avtomatik olaraq Avropanın ən təşəbbüskar siyasi fiquruna çevrilməkdədir. Britaniya ortada yox, Almaniya yox... Yol açıqdır.... Makron Ukraynanın müdafiəsində Avropanın liderinə çevrilmək iddiaları ilə çox da uzaq olmayan hədəflərə yönəlib.
Əvvala, Ukrayna üzrə ABŞ - Rusiya danışıqlarında Avropanın legitim təmsilçisinə çevrilmək istəyir.
2. Təbii sərvətlər üzrə ABŞ - Ukrayna sazişi iflas etmək üzrədir. Belə ki, Ukrayna bu sazişi soyğunçuluq adlandırıb. Makron Ukraynanın qiymətli torpaq elementlərinə dair sazişin əsas ortalarından biri olmaq iddiasındadır..."
Mətləb