Əkrəm İmamoğlunun vəkili Pəhlivan da saxlanıldı

Özer X sosial media platformasından yayımladığı açıqlamada “korrupsiya” ittihamıyla həbs edilən Əkrəm İmamoğlunun vəkili Pəhlivanın da saxlanıldığını yazıb. Özer paylaşımında yazıb:-Sitat- “Daha bir uydurma həbs. Belə ki,İstanbul Böyükşəhər Bələdiyyə sədrimiz cənab Əkrəm İmamoğlunun vəkili Məhmət Pəhlivan da nəzarətə alındı. Nə etsəniz də, faktları ört-basdır edə bilməyəcəksiniz. Millət böyükdür!" –sitatın sonu.
Vəkili Məhmət Pəhlivan nəzarətə alındıqdan sonra Əkrəm İmamoğlu da sosial media hesabında paylaşım edib:- "Bir ovuc səriştəsiz adamın ölkəmizə gətirdiyi bəlalar getdikcə artır.Qadağan edən ağılda nə yalan bitər,nə də iftira. Bu dəfə isə vəkilim Məhmət Pəhlivan uydurma səbəblərlə həbs olundu. Dərhal vəkilimin azad edilməsinə çağırıram"- deyə paylaşımda bildirilir.
Surxay Əliyev