"Onlar siyasi meyitlərdir" - Simonyan keçmiş prezidentləri "topa tutdu"
Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Baş nazir Nikol Paşinyandan sonra digər iqtidar təmsilçiləri də sabiq Ermənistan prezidentlərini "topa tutmaqda" davam edirlər. Növbə Ermənistan parlamentinin sədri Alen Simonyana da çatıb. Erməni mediasının yadığına görə, o, Ermənistanın üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.
SİTAT: "Onlar siyasi meyitlərdir. Nə Robert Köçəryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür", - Simonyan jurnalistlərlə söhbətində deyib.
Mətləb Salahov