Türkiyədə bir neçə telekanala cərimə və qadağa "yağdı"...

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə törədilən kütləvi iğtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib. Türkiyə mətbuatının yazdığına görə, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.
Eyni zamanda “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub, inzibati cərimələr tətbiq edilib. "NOW TV "və "Ak ll" telekanallarına da cərimələr kəsilib.
Mətləb